Icma.az
close
up
RU
ABŞ Milli Qvardiyasının Vaşinqtona yeridilməsi həftənin sonuna qədər tamamlanacaq

ABŞ Milli Qvardiyasının Vaşinqtona yeridilməsi həftənin sonuna qədər tamamlanacaq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın "Vaşinqtonda təhlükəsizliyi bərpa etmək" üçün elan etdiyi ictimai təhlükəsizlik fövqəladə vəziyyətindən sonra Milli Qvardiyanın həftənin sonuna qədər şəhərə yerləşdiriləcəyi bildirilir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "NBC News"un verdiyi məlumata görə, yüksək rütbəli hərbçilər ABŞ Kapitolinin şərq tərəfinə yerləşdirilməyə başlayan Milli Qvardiya ilə bağlı bəyanat yayıblar.

Trampın əmrindən sonra Milli Qvardiya Vaşinqtona gəlməyə başlayıb.

Bir səlahiyyətli, təxminən 800 Milli Qvardiya üzvünün bu həftənin sonuna qədər şəhərə göndəriləcəyini və vəzifələrinə başlayacağını bildirdi.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Qvardiya üzvləri ilk növbədə “izdihamın idarə olunması, perimetrə nəzarət, təhlükəsizlik və hüquq-mühafizə orqanları üçün rabitə dəstəyi” kimi vəzifələri yerinə yetirəcək və əksər hallarda odlu silah gəzdirməyəcəklər.

Trampın imzaladığı sərəncamda, “Kolumbiya dairəsində asayişin bərpa olunduğu” müəyyən edildikdə, dislokasiyanın sona çatacağı və qoşunların sentyabrın 25-nə kimi yerləşdiriləcəyi barədə məlumat verildiyi bildirilib.

Milli Qvardiya üzvləri şəhərin müxtəlif tarixi yerlərində, o cümlədən Vaşinqton abidəsində yerləşdirilib.

ABŞ-ın Birləşmiş Qərargah Rəislərinin sözçüsü polkovnik Dave Butler "ABC News"a: "Milli abidələrə getmək və orada olmaq bizim missiyamızın bir hissəsidir", - deyib.

Vaşinqtonda təhlükəsizliyi təmin etmək və cinayəti azaltmaq üçün “ictimai təhlükəsizlik fövqəladə vəziyyət” elan edən prezident Tramp Vaşinqton polisinin federal nəzarət altına alınacağını və Milli Qvardiyanın şəhərə gətiriləcəyini açıqlayıb.

ABŞ prezidenti bu məqsədlə Vaşinqton Muxtariyyət Qanununun 740-cı maddəsinə istinad etdiyini və bu qanuna əsaslanaraq ciddi tədbirlər gördüklərini ifadə edərək: "Vaşinqtonda asayişi və ictimai təhlükəsizliyi bərpa etmək üçün Milli Qvardiyanı yerləşdirirəm və onların öz vəzifələrini layiqincə yerinə yetirmələrini təmin edəcəyik. Lazım gələrsə, ordunu da bura gətirəcəyəm", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri