ABŞ Müdafiə Nazirliyi Türkiyə sualı qarşısında çətin vəziyyətə düşdü
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər yaxın zamnalarda "3 komando briqadasıyla İŞİD-ə qarşı birlikdə mübarizə aparaq" təklifi verdikləri ABŞ-ın isə bu çağırışa səssiz qaldığını açıqlamışdı.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Ryder jurnalistin ABŞ-ın İŞİD terror təşkilatı ilə bağlı NATO müttəfiqi Türkiyə ilə niyə işləmədiyi ilə bağlı sualına "Türkiyə çox dəyərli NATO müttəfiqidir və Suriyadakı vəziyyət və İŞİD kimi regional təhlükəsizlik maraqları ilə bağlı əlaqə xətlərini açıq saxlamağa davam edirik" deyə cavab verib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə Suriyada SDQ adını istifadə edən terror təşkilatı PKK/YPG və İŞİD ilə bağlı danışıqların davam etdiyini və Suriyadakı vəziyyətlə bağlı əlaqə xətlərini açıq saxlamağa davam etdiklərini açıqlayıb.
Türkiyə sərhədinə yaxın Aynularab (Kobani) bölgəsində terror təşkilatı PKK/YPG ünsürləri ilə digər tərəflər arasında aparılan atəşkəs danışıqları ilə bağlı ABŞ-ın mövqeyi ilə bağlı suala cavabında Ryder yalnız bu mövzuda baş verənləri yaxından izlədiklərini bildirib.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















