Icma.az
close
up
RU
ABŞ narahatdır: Tramp Çin və Rusiya ortaqlığını dağıtmaq üçün hərəkətə keçir? ŞƏRH

ABŞ narahatdır: Tramp Çin və Rusiya ortaqlığını dağıtmaq üçün hərəkətə keçir? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Rusiya və Çin arasında getdikcə dərinləşən strateji əməkdaşlıq ABŞ-da ciddi narahatlıq doğurur. Vaşinqton xüsusilə də prezident Donald Tramp bu yaxınlaşmanı ABŞ-ın qlobal maraqları üçün təhlükə hesab edir və məsələ ilə bağlı konkret tədbirlər görməyə hazırlaşır.

Tramp administrasiyasının mümkün addımları həm Rusiya ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edən Pekinə qarşı təzyiqlərin artırılması, həm də Çin-Rusiya blokunun qarşısını almağa yönəlik yeni diplomatik və iqtisadi strategiyaların hazırlanması ilə bağlı ola bilər.

Maraqlıdır görəsən, Tramp Rusiya ilə Çin arasındakı yaxınlaşmanı dayandırmaq üçün hansı tədbirlərə əl ata bilər? Bu strateji tərəfdaşlıq sona çata bilərmi? Turkustan.az olaraq bu sualı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

Çinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində öz ətrafına yeni ölkələr cəlb etməsi, xüsusilə də Rusiya ilə siyasi əməkdaşlığını dərinləşdirməsi təbii olaraq ABŞ-ı narahat edir.

Çin iqtisadi imkanlarını genişləndirdikcə və yeni güc mərkəzi yaratmaq istiqamətində addımlar atdıqca, ABŞ bunu öz maraqları üçün potensial təhdid kimi qiymətləndirir. ABŞ uzun müddətdir çalışır ki, Rusiya ilə Çin arasındakı münasibətləri zəiflətsin və onları bir-birindən ayırsın. Bu siyasət, müəyyən qədər, hələ Sovet dövründə də tətbiq olunub.

Cənubi Koreyada keçiriləcək G20 sammitində Çin və digər liderlərlə aparılacaq danışıqlar nəticəsində tariflər məsələsində müəyyən razılaşmaların əldə olunması mümkündür. Lakin artıq Çin kifayət qədər güclənib və bu ölkənin imkanlarının daha da genişlənməsi ABŞ-ın narahatlığını artırır.

Bu səbəbdən iki ölkə arasında bir çox məsələlərdə uzlaşma müşahidə olunmur. Rusiya amili isə Çin üçün ABŞ-a qarşı həm təzyiq vasitəsinə çevrilir, həm də beynəlxalq siyasi arenada əhəmiyyətli rol oynayır. Çin bu məsələdən ABŞ-a qarşı təzyiq siyasətində istifadə etməyə çalışır.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Sentyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri