Icma.az
close
up
RU
ABŞ nəşri erməni dustaqlardan yazdı Bakıdan ETİRAZ

ABŞ nəşri erməni dustaqlardan yazdı Bakıdan ETİRAZ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“TRIPP layihəsi Ermənistana fayda gətirə, xüsusilə investisiyaları artırmaq və nəqliyyat xərclərini azaltmaqla onun dənizə çıxışdan məhrum mövqeyini iqtisadi üstünlüyə çevirməyə kömək edə bilər. Layihə ölkənin suverenliyi və yurisdiksiyası altında qalacaq kommunikasiyalar hesabına qonşular üçün iqtisadi və praktik maraqlar yaratmaqla sülhün qorunmasına da töhfə verə bilər”.

Bu barədə "The Washington Times"in məqaləsində deyilir.

Qəzet ardınca yazır: “TRIPP həmçinin strateji əhəmiyyətli bir bölgədə Amerika qoşunlarının yerləşdirilməsini və ya uzunmüddətli maliyyə dəstəyini tələb etmədən ABŞ-nin bölgədə rolunu gücləndirəcək. Yeni nəqliyyat infrastrukturunun yaradılması ABŞ şirkətləri üçün ticarət imkanları da aça bilər. Bu faydalar əhəmiyyətlidir və dəstəyə layiqdir”.

Bakı və İrəvan arasında sülh prosesinə gəlincə, nəşr qeyd edib: “Həll olunmamış məsələlər qaldığı müddətcə onu tam hesab etmək olmaz. Ermənistan və Azərbaycan arasında hər hansı yekun sülh müqaviləsi 19 erməni əsirinin (?! – red.) azad edilməsi ilə bağlı məsələni özündə ehtiva etməlidir. TRIPP proqramının və daha geniş sülh gündəliyinin uğuru əsasən tərəflər arasında etimadın qurulmasından asılıdır. Ailələr yaxınlarının qayıtmasını gözləməyə davam etdikdə bu etimadın yaranması çətindir”.

"The Washington Times" hesab edir ki, buna görə Prezident Tramp TRIPP proqramının iqtisadi və strateji məqsədlərini dəstəkləməklə yanaşı, öz nüfuzundan istifadə edərək “19 məhbusun azad edilməsini tələb edə” (?! – red.) bilər: “Bu, sülh prosesini təkcə iqtisadi və geosiyasi baxımdan yox, həm də humanitar baxımdan daha əhatəli edərdi”.

ABŞ-nin nüfuzlu bir nəşrinin sanki görməzlikdən gələrək və suverenliyimizi şübhə altına alaraq, Bakıda həbsdə yatan erməni cinayətkarları “əsir” adlandırması əlbəttə, acı təəssüf doğurur və absurd olmaqla yanaşı, qəbuledilməzdir. Azərbaycanda hərbi əsir yoxdur. Onlar çoxdan qaytarılıb. Hətta Baş nazir Nikol Paşinyan da iki gün öncə parlamentdəki çıxışı zamanı “əsir” və ya “girov” sözlərini yox, “saxlanılanlar” sözünü işlədib. O zaman okeanın o tayında "The Washington Times"a nə düşüb?

Bu kimi məqalələr nəyə xidmət edir? Erməni lobbisinin sifarişi olmasın...

Professor Qabil Hüseynli qeyd edib ki, hərbi cinayətkarların “siyasi məhkum” və ya “əsir” adlandırılması getdikcə daha çox tirajlanmaqdadır. Onun fikrincə, bu məsələdə erməni lobbisinin ciddi aktivliyi var və Bakıdakı o məhbusların həbsini siyasi proses kimi qələmə verməyə çalışırlar.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan da bu məsələdə fəal olmalıdır və aparılan çirkin kampaniyaya öz arqumentləri ilə cavab verməlidir: “Çünki beynəlxalq ictimaiyyəti, xristian dünyasını inandırmağa çalışırlar ki, guya bu qatillər girovdur, siyasi proseslərə görə həbs olunublar. ABŞ nəşrinin də bu xora qoşulması utancverici haldır. ABŞ-nin milli maraqlarına zidd, Qərb dəyərlərinə tamamilə antoqonist mövqedən çıxış edilib. Əlbəttə ki, ABŞ-dakı erməni lobbisinin təsir gücünü nəzərə alsaq, bu məqalənin sifarişlə yazıldığını söyləmək olar. Amma bundan əvvəl də “Vaşinqton Taymz” Azərbaycana münasibətdə qərəzli materiallar dərc edib. Sadəcə, təkcə bu qəzetin yazdıqları deyil, bəzi ermənipərəst konqresmenlərin, Avropa Şurasının, Avropa Parlamentininin, Fransa Senatı, Benilüks ölkələrin parlamentlərinin, müxtəlif beynəlxalq təsisatların Azərbaycana təzyiq göstərmək məqsədi ilə hərbi canilər haqda saxta rəy formalaşdırdığı göz qabağındadır. Ancaq heç nəyə nail ola bilməyəcəklər”.

Professor hesab edir ki, bu kimi yazılar ABŞ-nin rəsmi mövqeyi deyil: “Ümumiyyətlə, heç bir dövlətin bu canilər barəsində rəsmi münasibəti yoxdur. Hətta separatizmi dəstəkləmiş Rusiya da Araik və digərlərini müdafiə xarakterli bəyanatlar verməyib. Odur ki, Qərb təşkilatlarının, müxtəlif avropalı deputatların, bəzi xarici nəşrlərin yazdıqları həqiqətləri dəyişə bilməz. Bütün dünya ictimaiyyəti və Qərb dövlətləri yaxşı bilirlər ki, həbsdə olan terrorçular hansı əməllərinə görə bu cəzaya layiq görülüblər. Elə ABŞ-də və digər ölkələrdə də bu adamlara ağır cəzalar verilir. Məsələn, Texasda separatizm baş qaldıranda olduqca sərt davranırlar. Eyni sözləri Fransa, İspaniya barəsində söyləmək olar. Azərbaycanda isə Rusiya, Ermənistan və başqa güclərin himayəsi altında xunta rejimi onillərlə fəaliyyət göstərib. Biz buna sona qədər dözmək niyyətində deyildik...”

/Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri