Rəsmi Bakıdan Gürcüstana etiraz
Ayna saytına istinadən Icma.az xəbər verir.
“Gürcüstan Patriarxlığının son açıqlaması tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir”
“Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir”.
AYNA.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatında əksini tapıb.
Bəyanatda həmçinin bildirilib: “Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil. Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir. Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















