Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

ABŞ ni qarışdıran iddia: İsrailin xeyrinə məlumatları gizlədiblər

ABŞ ni qarışdıran iddia: İsrailin xeyrinə məlumatları gizlədiblər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-nin demokrat senatoru Kris Van Hollen işğal altındakı Qərb Sahilində öldürülən amerikalılarla bağlı məlumatların gizlədildiyini iddia edib.

“Cebheinfo.az” xəbər verir ki, Van Hollen bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Senator ABŞ-nin İsraildəki səfirliyinin amerikalıların öldürülməsi ilə bağlı məlumatları gizlətdiyini bildirib.

O, açıqlamasında ABŞ-nin İsraildəki səfiri Mayk Hakabini və onun baş müşaviri Devid Milşteyni İsrail hökumətini qorumaq məqsədilə məlumatları gizlətməkdə ittiham edib.

Van Hollen ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən bu məsələ ilə bağlı "bu ört-basdır etmə cəhdinin araşdırmasını" tələb edib.

“The New York Times” (NYT) qəzetinin iddiasına görə, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin baş müşaviri Devid Milşteyn İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fəaliyyətini müsbət göstərmək məqsədilə məlumatları təhrif edib.

Qəzetin yaxın mənbələrə və müxtəlif sənədlərə əsaslanan araşdırmasına görə, 36 yaşlı amerikalı diplomat Milşteyn son dövrlərdə ABŞ administrasiyasına göndərilən hesabatlardakı məlumatları dəyişdirib.

Qəzetə danışan rəsmilərin sözlərinə görə, İsrail martın sonunda işğal altındakı Qərb Sahilində nəzarətə götürdüyü ərazilərdə yeni yaşayış məntəqələrinin tikintisi planını təsdiqləyib.

ABŞ-nin İsraildəki səfirliyinin əməkdaşları bu addımı ABŞ Prezidenti Donald Trampın İsrail üçün müəyyən etdiyi açıq “qırmızı xətlərdən” biri olan Qərb Sahilinin ilhaq edilməməsi prinsipini pozmaq potensialı daşıyan qərar kimi qiymətləndiriblər.

Bu səbəbdən Vaşinqtondakı siyasətçilər üçün təcili hesabat hazırlanıb. Lakin iddiaya görə, səfir Mayk Hakabinin baş müşaviri Milşteyn hesabatın göndərilməsinə mane olub və sənəd Vaşinqtona çatmayıb.

Rəsmilər bu hadisənin ilk belə hal olmadığını da bildiriblər. Onların sözlərinə görə, Milşteyn 2025-ci ilin aprelində vəzifəsinin icrasına başladıqdan sonra Netanyahunun rəhbərlik etdiyi hökuməti müsbət göstərmək məqsədilə İsrailin fəaliyyəti ilə bağlı səfirlik hesabatlarını dəfələrlə senzuradan keçirib və ya əhəmiyyətli dərəcədə dəyişdirib.

Qəzetin məlumatına görə, Milşteyn Qüdsə gəldikdən dərhal sonra səfirliyin Fələstin məsələləri ilə məşğul olan bölməsindən daxil olan yazışmaların onun təsdiqindən keçməsini tələb etməyə başlayıb.

Bəzi əməkdaşlar hesabatların Milşteyn tərəfindən bloklanacağından və ya yenidən yazılacağından ehtiyat edərək onları hazırlamaqdan çəkiniblər.
Nəticədə diplomatik hesabatların göndərilmə tezliyi həftədə bir neçə dəfədən ayda bir neçə dəfəyə qədər azalıb.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri