Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

ABŞ nin əsas hədəfi nüvə proqramı yox, İran rejimidir POLİTOLOQ

ABŞ nin əsas hədəfi nüvə proqramı yox, İran rejimidir POLİTOLOQ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad Məsiyev: “Vaşinqton Venesuelada yürütdüyü siyasəti hazırda İranda həyata keçirmək istəyir"

Yaxın Şərq regionun taleyi ABŞ və İran münasibətləri çərçivəsində geosiyasi təhdid predmetinə çevrilib. Tərəflər arasında nüvə proqramı ilə bağlı aparılan danışıqların ilk mərhələsi başa çatsa da, proses hələlik razılaşma perspektivi yaratmayıb. Çünki ABŞ administrasiyası qəti şəkildə Tehrandan nüvə proqramını dayandırılmasını tələb edir. Rəsmi Tehran isə uranın dinc məqsədlərlə zənginləşdirilməsini, ölkənin qanuni hüququ olduğunu bildirir. Lakin bu gün Cenevrədə ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundunun keçirilməsi, mümkün razılaşma ehtimalına dair nikbin gözləntiləri artırıb.

Politoloq, Azad Məsiyev Sherg.az-a bildirib ki, şah rejiminin devrilməsi ilə ABŞ-nin İrana yanaşması açıq şəkildə düşmənçilik və təzyiq siyasəti üzərində formalaşıb:

“İran ilə ABŞ arasında münasibətlərin köklü şəkildə pozulması 1979-cu ildə İran İslam Respublikasının qurulmasından sonra baş verib. Başda ABŞ olmaqla, bir sıra dövlətlər İran əleyhinə koalisiya yaradıblar. Onlar İrana qarşı sanksiyalar tətbiq edərək, ölkəni iqtisadi və siyasi cəhətdən təcrid etməyi hədəfləyirlər. Vaşinqton müxtəlif dövrlərdə İranı vurmaq və rejimi devirmək üçün yalanları bəhanəyə çevirməkdən çəkinməyib. ABŞ ya uranın zənginləşdirməsini bəhanə edir, ya da İranı terrorçulara dəstək verməkdə günahlandırır. Hətta Vaşinqton, 12 günlük hərbi əməliyyatlarda da uranın zənginləşdirməsini bəhanə edərək, İranın nüvə obyektlərini bombaladı. Daha sonra təzyiq siyasətini İrandakı əhalini hökumətə qarşı iğtişaşlara təşviq etməklə davam etdirdi”. 

Politoloqun sözlərinə görə, ABŞ-nin casus şəbəkəsi, xalqla hakimiyyət arasında qarşıdurma yaratmaq məqsədilə bir sıra addımlar atıb:

“Amerikanın himayə etdiyi casus şəbəkəsi İranda iğtişaşları qızışdırır, məscidləri yandırır və insanları qətlə yetirirdi. Təbii ki, İran rəhbərliyi də, fəlakətin qarşısını almaq üçün güc tətbiq etməyə məcbur qaldı. İndi isə ABŞ, nüvə proqramı üzrə danışıqların aparılmasını bəhanə gətirərək, İranı hücumla hədələyir. Xüsusilə Donald Tramp ilə Binyamin Netanyahu arasında keçirilən görüşdən sonra İranın Çinə neft ixracının dayandırılması məsələsinin gündəmə gətirilməsi, prosesin yalnız nüvə proqramı ilə məhdudlaşmadığını göstərdi. Tərəflər “nüvə proqramı” bəhanəsinə sığınaraq, indi də İranın Çinlə ticarət münasibətlərinə müdaxilə edirlər. Çünki ABŞ üçün Çin əsas rəqibdir. İranın 70-80 faiz xam nefti isə Çinə satılır”. 

A.Məsiyevin qənaətinə görə, ABŞ Venesuelada yürütdüyü siyasəti hazırda İranda həyata keçirmək istəyir:

“ABŞ lideri Venesuela prezidentini devirdikdən sonra ölkənin neft sənayesinə əl qoyaraq, satış istiqamətlərini müəyyənləşdirməyə başladı. Eyni ssenarini İranda da həyata keçirmək istəyir. Vaşinqtonun mövqeyinə görə, Tehran Çinə neft ixracını davam etdirdiyi və qarşıya qoyduğu şərtlərə, əməl etmədiyi, təqdirdə, hərbi əməliyyatlara başlayacaq. Lakin bunlar bəhanədir. Əsas məqsəd İranda özlərinə münasib hakimiyyət qurmaqdır. Bununla da üç istiqamətli strategiya planını həyata keçirmək istəyirlər. Birinci məqsəd, Çinə neft ixracının qarşısını almaq, ikincisi Rusiyanın cənub cinahını bağlayaraq, onu dünya xəritəsindən təcrid etmək, üçüncüsü isə Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində gələcək inteqrasiya təşəbbüslərinə əngəl olmaqdır”. 

Politoloq bildirib ki, Amerika hansı havanı çalsa, təşkilatlar da onu oynayır:

“İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, uranın zənginləşdirilməsi, dinc məqsədlərə xidmət edir. Lakin nüvə proqramına nəzarət edən, beynəlxalq təşkilatlar ABŞ-nin əlində oyuncağa çevrilib. ABŞ İranı hər hansı bəhanəylə günahkar hesab etsə, digər təşkilatlar da onun mövqeyinə qoşulur. İsrailin Qəzzada soyqırımı siyasəti həyata keçirməsinə baxmayaraq, ona qarşı sanksiyalar paketi tətbiq olunmur. Çünki İsrailin arxasında ABŞ dayanır. Ona görə də, heç bir ölkə ABŞ-la qarşıdurmaya getməyə cəsarət etmir. İran rəhbərliyi də beynəlxalq təşkilatların vasitəçiliyi ilə prosesin danışıqlar yolu ilə həllinə üstünlük verir. Lakin Vaşinqtonun strateji planlarında İran həmişə əsas hədəf kimi qalacaq”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri