Icma.az
close
up
RU
İran ABŞ nin birinci təklifini qəbul edəcək Politoloq

İran ABŞ nin birinci təklifini qəbul edəcək Politoloq

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Bu danışıqlarda İran-ABŞ, həm də İsrail-İran münasibətlərinin taleyi həll olunur. Bildiyiniz kimi, ABŞ regiona kifayət qədər güclü hərbi qüvvə yerləşdirib və hər an İran dövlətinə hücum təhlükəsi var. Ancaq vəziyyəti nəzərə alaraq, yəqin ki, İran tərəfi müəyyən güzəştə gedəcək".

Bu fikirləri Cenevrədə keçirilən ABŞ-İran danışıqları haqqında Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi.

O dedi ki, masada bir neçə məsələ var:

"Bunlardan birincisi İranın nüvənin zənginləşdirilməsi proqramından əl çəkməsidir. Bildiyiniz kimi, İran 60 faizə qədər zənginləşdirilmiş 450 kiloqramlıq nüvə materialı əldə edib. İkincisi İranın ballistik raketlərin istehsalı ilə əlaqədar proqramından əl çəkməsidir, üçüncüsü isə İranın proksi qüvvələrini dəstəkləməsidir. ABŞ-nin bu tələbləri var. İran böyük ehtimalla birinci təklifi qəbul edəcək, yəni zənginləşdirmə proqramından əl çəkəcək və belə deyək də, MAQATE-ni İranın zənginləşdirmə proqramının icra edildiyi laboratoriyalara buraxacaq. Bununla əlaqədar MAQATE-nin rəhbəri Qrossinin bəyanatı olmuşdu ki, bu gün həmin məhsuldan bizim xəbərimiz yoxdur. O biri tərəfdən də, bildiyiniz kimi, ABŞ ilə İran arasında hətta həmin 450 kiloqramlıq nüvə materialının üçüncü bir dövlətə, o cümlədən Rusiyaya təhvil verilməsi ilə bağlı müəyyən təkliflər və danışıqlar var. Ancaq ən maraqlısı odur ki, ABŞ-nin öz daxilində İrana hücumla bağlı yekdil fikir yoxdur. Belə ki, Trampın hərbi məsələlər üzrə köməkçisi olan general hesab edir ki, bu hücum çox uzunmüddətli olacaq, ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək və regionu çalxalayacaq. O biri tərəfdən isə başqa bir general, ABŞ-nin Avropa üzrə xüsusi nümayəndəsi olan qrup rəhbəri müharibənin labüdlüyü haqqında bəyanatlar verir və hücumun dərhal edilməsinin zəruriliyini vurğulayır. Yəni bu iki general arasında fikir ayrılığı var".

Müsahibimiz vurğuladı ki, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə İrana hücum edilməsini istəmirlər:

"Bunun regionda humanitar fəlakətə gətirib çıxaracağını, güc balansını dəyişəcəyini bildirirlər. Onlar ABŞ tərəfini bunu etməməyə çağırırlar. Hətta Misiri və İordaniyanı da bura daxil etmək olar. Artıq İordaniyadakı hərbi bazada ABŞ-yə məxsus böyük həcmdə hərbi potensial toplanıb. Bunlar F-22 və F-35 təyyarələridir. Ancaq böyük ehtimalla bu müharibə təhlükəsi reallaşmayacaq. Bununla belə, İsrail maraqlıdır ki, İrana məxsus nüvə obyektləri yenidən vurulsun, eləcə də İrana məxsus hərbi bazalar hədəfə alınsın. O biri tərəfdən də, bildiyiniz kimi, İran tərəfi ABŞ-yə məxsus, İran yaxınlığında yerləşən hərbi bazaların vurulması ilə bağlı bəyanatlar verir. Bunlar Qətərdəki, Səudiyyə Ərəbistanındakı və digər dövlətlərdəki bazalardır. Hətta Türkiyədəki bazaların vurulması ilə bağlı da bəyanatlar verilir. Artıq dünəndən İran hava məkanının, əsasən Xəzər dənizi istiqamətində, Azərbaycanla sərhəd hissəsində bağlanması ilə əlaqədar bəyanat verib".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri