Icma.az
close
up
RU
Paşinyanın əsas hədəfi parlamentdə mütləq qələbədir POLİTOLOQ

Paşinyanın əsas hədəfi parlamentdə mütləq qələbədir POLİTOLOQ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Hakimiyyət müxalifətin təsir imkanlarını məhdudlaşdırmağa çalışır”

“Müxalifət zəif görünsə də, ümumi mandat üstünlüyü yarada bilər”

Ermənistan parlamentinin sədri Alen Simonyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bir qrup deputatı seçki rüşvətinin verilməsi və alınmasına görə əvvəllər müəyyən edilmiş cəzanı dəyişdirəcək yeni qanunvericilik təşəbbüsü irəli sürüb. Təşəbbüsə əsasən, seçki rüşvəti və onun alınması ilə bağlı mövcud həbs müddətlərinin artırılması planlaşdırılır. Parlament sədri bu addımı sosial şəbəkə paylaşımında açıqlayaraq, kiçik maddi təkliflər qarşılığında seçki qanunlarını pozmağın ciddi hüquqi nəticələr doğurduğunu vurğulayıb. Qanunvericilik təşəbbüsü Ermənistanda seçkiqabağı siyasi mühitin daha da gərginləşdiyi bir dövrdə gündəmə gəlib. Xatırladaq ki, bir sıra müxalif partiya nümayəndələri, o cümlədən Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasına yaxın şəxslər barəsində seçki rüşvəti ittihamı ilə cinayət işləri açılıb və saxlanılmalar həyata keçirilib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Mövzunu şərh edən politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Ermənistanda seçki prosesi təkcə rəqabət mühiti ilə deyil, həm də siyasi balansı dəyişməyə yönəlmiş inzibati və təşkilati mexanizmlərlə müşayiət olunur. Politoloq hesab edir ki, hakimiyyət düşərgəsi müxalif qüvvələrin təsir imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edir və bu, parlamentdə qüvvələr nisbətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, seçkiqabağı mərhələdə xaricdə yaşayan ermənilərin səsvermə hüququnun məhdudlaşdırılması da bu kontekstdə qiymətləndirilməlidir:

“Bu addım xüsusilə Rusiyada yaşayan seçicilərin prosesdən kənar qalmasına səbəb olur ki, bu da siyasi nəticələrə təsirsiz ötüşmür. Bütün bu addımlara baxmayaraq, müxalifətin, xüsusilə də revanşist mövqedə dayanan qüvvələrin sosial və ideoloji dayaqları hələ də möhkəmdir. Bu amil seçki yarışını daha da mürəkkəbləşdirir və Paşinyan komandası üçün tam siyasi üstünlük əldə etməyi çətinləşdirir. Nikol Paşinyanın əsas hədəfi sadəcə parlamentdə çoxluq deyil, mütləq qələbə qazanmaqdır. Lakin mövcud siyasi mənzərə göstərir ki, müxalif partiyaların ayrı-ayrılıqda zəif görünməsinə baxmayaraq, onların ümumi mandat potensialı hakimiyyət düşərgəsi üçün ciddi rəqabət yarada bilər. Belə ki, Paşinyana müxalif partiyalar ayrı-ayrılıqda az yer qazansalar da, birlikdə onların ümumi mandat sayı Paşinyan blokundan çox ola bilər. Belə olan halda Baş nazirin "Vətəndaş Müqaviləsi" partiyası üstünlüyü itirə bilər. Bu vəziyyət digər partiyaların koalisiya hökuməti formalaşdırması üçün imkanlar yaradır. Ona görə də Paşinyan komandasının əsas mübarizəsi mütləq səs sahibi olmağa hesablanıb”.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri