ABŞ nin maliyyə naziri: Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin maliyyə naziri Skott Bessent Yəməndə Husi qruplaşmalarına qarşı həyata keçirilən əməliyyatın Donald Tramp administrasiyasının İrana maksimum təzyiq strategiyasının yalnız başlanğıcı olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, NBC News kanalına müsahibəsində danışıb.
"Bu güclü bir siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə fərqlənir. Husilər və İran bunun yalnız başlanğıc olduğunu başa düşməlidirlər. Biz dəniz naviqasiyası azadlığının məhdudlaşdırılmasına, dünya ticarətini ləngidən və inflyasiya təzyiqini artıran hərəkətlərə yol verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 Mart 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















