Icma.az
close
up
RU
ABŞ nin milyardlarla dolları göyə sovrulub ANALİTİK

ABŞ nin milyardlarla dolları göyə sovrulub ANALİTİK

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar hazırlayan USAİD-dən günün birində hesabat soruşulacağı gözlənilən idi


ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Maks USAİD-i “cinayətkar təşkilat” adlandırıb. Mask bu barədə ona məxsus olan “X” sosial şəbəkəsində canlı yayımda açıqlama verib. İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Üzrə Agentliyinin (USAID) ləğv olunması prosesinin başlanıldığını bəyan edib: “Biz USAİD-in ləğv olunması prosesindəyik”. Maskın sözlərinə görə, USAİD bir daha bərpa olunmayacaq: "Bu, qurdlu alma deyil, sadəcə bir qurd yığınıdır... Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır". Bundan əvvəl Mask USAİD-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham etmişdi.


Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq  Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, Co Baydenin və sələflərinin dövründə dünyanın bir çox ölkələrinin daxili işlərinə kobud şəkildə qarışan Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ABŞ-nin yeni Prezidenti Donald Trampın hədəfinə tuş gəlməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar həyata keçirmək üçün ABŞ-nin bütün dünyada milyardlarla dollarlıq vəsaitlərini "humanitar proqramlar" adı altında xərcləyən belə bir qurumdan günün birində hesabat sorulacağı gözlənilən idi: 

“ABŞ-nin demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verən Donald Tramp USAİD kimi qurumların fəaliyyətini Birləşmiş Ştatlar üçün əhəmiyyətli və səmərəli saymır. Məhz buna görə də onun administrasiyası USAİD-in xəttilə sağa-sola "səpələnən" pulların bundan sonra “Öncə Amerika” doktrinasına uyğun bölüşdürülməsinin təmin edilməsi üçün hərəkətə keçib.

D.Tramp USAİD-in onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib. Təmizləmə prosesi davam edəcək. Bu gedişlə USAİD-in fəaliyyəti ya müvəqqəti olaraq dondurulacaq, ya da ki qurumun fəaliyyət konsepsiyası kökündən dəyişdiriləcək. Çünki USAİD-in hazırkı formatda fəaliyyətinin davam etdirilməsinin həm dünya, həm də ABŞ-nin özü üçün zərərli olduğunu Tramp da yaxşı dərk edir. Yeri gəlmişkən, Trampın ən yaxın dəstəkçilərindən biri olan və yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur iş adamı İlon Mask da USAİD-in qatı əleyhdarı kimi çıxış edir. Belə ki, İ.Mask ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini cinayətkar təşkilat adlandırıb. Bunu “X” hesabında bildirən iş adamı USAİD-i "Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvası" adlandırıb. İlon Mask USAİD-i həmçinin sıravi amerikalıların ödədikləri vergi vəsaitlərindən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib”. 

Politoloqun fikrincə, Trampın və Maskın bu mövqeyi Azərbaycanın mövqeyilə üst-üstə düşür. USAİD uzun illərdir ki, anti-Azərbaycan fəaliyyəti aparan toksik təşkilat kimi tanınır: 

“44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatından sonra USAİD birmənalı olaraq qatı ermənipərəst mövqe nümayiş etdirməyə qərar verdi və Azərbaycana qarşı təzyiqləri daha da artırdı. USAİD-in rəhbəri Samanta Pauer sabiq Prezident C.Baydenin və Fransa lideri Makronun diktəsi ilə bu qurumu Azərbaycana qarşı qərəzli təzyiq alətinə çevirdi. Bu qadının Türk dünyasına qarşı nifrəti o həddə çatmışdı ki, o, hətta ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü kimi elan etmişdi. Və məhz bu cür qatı ermənipərəst mövqeyinə görə Ermənistan dövləti S.Paueri “dəyərli tərəfdaş” adlandırmışdı. Təmsil etdiyi dövlətin xarici siyasətinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edən, ermənilərin uydurduqları “etnik təmizləmə” iddiasını geniş şəkildə tirajlamaqla dünya birliyini Azərbaycana qarşı kökləməyə çalışan USAİD-in zərərli fəaliyyətinin Tramp administrasiyası tərəfindən nəzarətə götürülməsi haqqın, ədalətin təntənəsidir. Bu baxımdan ABŞ-nin yeni rəhbərliyinin USAİD-də təmizləmə kampaniyasına başlamasını təqdir edirik. USAİD dünya erməniçiliyinin maraqlarına yox, ABŞ-nin milli mənafelərinə xidmət etməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 04:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri