Icma.az
close
up
RU
ABŞ nin mövqeyi müharibənin nəyin bahasına olursa olsun dayanmasıdır ŞƏRH

ABŞ nin mövqeyi müharibənin nəyin bahasına olursa olsun dayanmasıdır ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü “sülh planı”nın bəzi təfərrüatları, xüsusilə Rusiyanın faktiki nəzarətində olan ərazilərin gələcək statusu məsələsi, beynəlxalq müzakirələrdə təbii olaraq ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, çünki planın reallığa əsaslanan “pragmatik həll” kimi təqdim edilməsi əslində işğal nəticəsində dəyişdirilmiş sərhədlərə hüquqi forma verməyə bərabərdir ki, bu da heç bir halda qəbul edilən deyil: "Belə bir yanaşma, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas sütunlarından olan “zor tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi” prinsipini risk altına qoyur. Bu tipli güzəştlər yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır - onlar qlobal sistem üçün presedent formalaşdırır. Çünki böyük güclərdən birinin işğal yolu ilə əldə etdiyi əraziyə beynəlxalq legitimlik qazandırılması, digər dövlətlərə “hərbi güclə sərhədləri dəyişmək mümkündür” mesajı verə bilər. Bu isə beynəlxalq hüququn normativ çəkisini zəiflədir və güc siyasətinin yenidən qlobal səhnəyə qayıtması ilə nəticələnə bilər.Belə bir presedent ən çox sərhəd mübahisələrinin davam etdiyi regionlarda təhlükəli effekt yarada bilər. Cənubi Qafqaz, Balkanlar, Yaxın Şərq, Afrika və Asiya-Sakit Okean bölgəsində mövcud olan etnik, siyasi və ərazi ziddiyyətləri göstərir ki, beynəlxalq hüququn zəiflədilməsi domino effekti yarada bilər. Tarix göstərir ki, işğalın legitimləşdirilməsi heç vaxt lokal nəticələrlə məhdudlaşmır. Sərhədlərin güclə dəyişdirilməsi qəbul edilən praktika halına gəldikdə, beynəlxalq sistem qeyri-sabitliyə sürüklənir.ABŞ-nin mövqeyi ondan ibarətdir ki, müharibə nəyin bahasına olursa olsun dayansın, Rusiya ilə dialoq qurulsun və Vaşinqton diqqətini başqa regionlara, məsələn Çinə doğru yönəltsin. Lakin bu istək faktiki olaraq uzunmüddətli hüquqi və siyasi təsirləri nəzərə almadan həyata keçirilir ki, bu da yeni riskləri meydana gətirə bilər. Hər kəsin anlaması lazımdır ki, diplomatiya güc balansına deyil, beynəlxalq hüquqa söykənməlidir. Əks halda müvəqqəti sülh, gələcək qarşıdurmaların təməlini qoyar.Nəticə etibarilə, hər hansı planın işğal olunmuş ərazilərin legitimləşdirilməsinə şərait yaratması təkcə Ukraynanın deyil, qlobal təhlükəsizlik nizamının təməllərini sarsıdır. Belə bir presedent yaranmaması üçün beynəlxalq ictimaiyyət ərazi bütövlüyü prinsipinin qeyri-şərtsiz qorunması və istənilən güzəştin hüquqi normalarla uzlaşması tələbini davam etdirməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri