Icma.az
close
up
RU
Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların növlər üzrə bölgüsünü təsdiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.

Bildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər KTN-in tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayanlar isə ən yaxın "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidirlər:

Quba "ASAN xidmət" mərkəzi - Xaçmaz, Şabran, Siyəzən;

Salyan "ASAN xidmət" mərkəzi - Neftçala, Salyan, Biləsuvar, Şirvan;

Gəncə (2 saylı) "ASAN xidmət" mərkəzi - Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir;

Lənkəran "ASAN xidmət" mərkəzi - Astara, Lənkəran, Masallı.

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə ovu-uecuen-kvota-boelguesue-elani" target="_blank" rel="nofollow noopener">bu linkə keçid edərək tanış olmaq mümkündür.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə təqdim olunmalıdır.

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri:

Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1

Кilkə

44,50

89,00

2

Siyənək

111,25

222,50

3

Кеfal

89,00

178,00

4

Çapaq

89,00

178,00

5

Кülmə

89,00

178,00

6

Çəki

178,00

267,00

7

Хəşəm

222,50

445,00

8

Sıf

178,00

356,00

9

Кütüm

222,50

445,00

10

Şamayı

222,50

445,00

11

Qarasol

89,00

-----

12

Хərçəngkimilər

222,50

445,00

13

Digər balıq növləri

89,00

178,00

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri