Icma.az
close
up
RU
“ABŞ nin təklifləri qeyri real və məntiqsizdir”

“ABŞ nin təklifləri qeyri real və məntiqsizdir”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ-nin təklifləri iddialı, qeyri-real və məntiqsizdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, ABŞ tərəfindən təqdim edilən 15 maddəlik təklif paketi, əsasən, çox iddialı, qeyri-real və məntiqsiz tələblərdən ibarətdir.

Sözçü ABŞ rəsmilərinin tez-tez mövqe dəyişdiyini və ziddiyyətli açıqlamalar verdiyini vurğulayıb. Onun sözlərinə görə, təqdim olunan təkliflər mövcud reallıqlarla uzlaşmır.

Bəqayi regional məsələlərə də toxunaraq qeyd edib ki, qonşu ölkələrin sülh və təhlükəsizlik istiqamətində səyləri təqdirəlayiqdir, lakin bəzi təşəbbüslər İranın iştirakı olmadan həyata keçirilir. O, xüsusilə Pakistan tərəfindən təşkil olunan regional görüşlərin Tehranın planlarına daxil olmadığını bildirib.

Bəqayi Türkiyə ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında dostluq əlaqələrinin davam etdiyini və tərəflərin daim təmasda olduğunu qeyd edib.

O əlavə edib ki, Türkiyə rəsmilərinin regiondakı gərginliklə bağlı mövqeyi və Qəzza məsələsində səsləndirdiyi fikirlər Tehranda müsbət qiymətləndirilir.

Regional təhlükəsizlik məsələlərindən danışan Bəqayi bildirib ki, hər hansı ölkənin öz ərazisinin başqa dövlətə qarşı hücumlar üçün istifadəsinə icazə verməsi beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, İran region ölkələrini düşmən hesab etmir, lakin yalnız neytral mövqe bəyan etmək kifayət deyil.

XİN rəsmisi həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı iddialara münasibət bildirərək, iranlıların bu ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını və onların maraqlarının qorunacağını vurğulayıb.

İranın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərinin davam etdiyini deyən Bəqayi, eyni zamanda, Beyrut şəhərində yerləşən səfirliyin fəaliyyətini davam etdirdiyini qeyd edib.

Buşehr Atom Elektrik Stansiyası ətrafında baş verən hadisələrə toxunan rəsmi burada həyata keçirilən hücumların son dərəcə təhlükəli olduğunu və stansiyanın fəaliyyətini davam etdirdiyini bildirib.

İranın hərbi fəaliyyətləri ilə bağlı iddiaları da rədd edən Bəqayi kaset bombalarından istifadə olunduğu barədə məlumatların həqiqətə uyğun olmadığını deyib.

Hörmüz boğazındakı vəziyyətə gəlincə, o, neft qiymətlərindəki artıma görə İranın məsuliyyət daşımadığını vurğulayıb. Onun sözlərinə görə, boğaz hücumlardan əvvəl açıq olub və hazırda bəzi gəmilər İranla koordinasiya şəraitində hərəkət edir.

Sonda Bəqayi Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı müzakirələrə də toxunaraq bildirib ki, İran hələ də sazişin tərəfidir, lakin ölkənin bu çərçivədə hüquqlarından istifadə edə bilməməsi ciddi suallar doğurur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Mart 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri