ABŞ nin Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi tam hazırdır Zelenski
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri yer alan sənədi tam hazırdır və Kiyev onun imzalanacağı tarix, yerin müəyyən edilməsini gözləyir.
"Report" xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfəri zamanı mətbuat konfransında bildirib.
Ukrayna lideri qeyd edib ki, 24 yanvarda Əbu-Dabidə Rusiya ilə aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunub. "Bizim üçün təhlükəsizlik zəmanətləri ilk növbədə ABŞ-nin təhlükəsizlik zəmanətləridir. Sənəd 100 % hazırdır və biz tərəfdaşlarımızdan onun imzalanacağı tarix və yerin təsdiqlənməsini gözləyirik", - Zelenski vurğulayıb.
O həmçinin bildirib ki, sənəd imzalandıqdan sonra ratifikasiya üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Yanvar 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















