ABŞ nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Silahlı Qüvvələrinin yeni kontingentinin Litva ərazisində yerləşdirilməsi ilə bağlı qərar faktiki olaraq qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə "Žinių radijas" radiostansiyasının efirində parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Laurinas Kasçunas bildirib.
"Litvaya say baxımından bir qədər kiçik hərbi kontingentin göndərilməsi istisna edilmir. Bununla belə, ümumilikdə status-kvo qorunub saxlanılacaq. Bu barədə qeyri-rəsmi qərar artıq qəbul edilib", - o deyib.
Kasçunasın sözlərinə görə, amerikalı hərbi qulluqçuların yay ərzində gəlişi gözlənilir.
2019-cu ildən başlayaraq Baltikyanı dövlətdə rotasiya əsasında "Abrams" tankları, "Bradley" piyada döyüş maşınları və "Paladin" artilleriya kompleksləri ilə təchiz edilmiş təxminən min hərbçidən ibarət ABŞ Silahlı Qüvvələrinin ağır batalyonu yerləşirdi. 2024-cü ilin noyabrında rotasiyanın daimi rejimə - bölmələrin növbələşməsi arasında fasilələr olmadan keçirilməsi qərara alınıb. Cari ilin iyun ayının əvvəlində batalyonun Litva ərazisindən çıxarılması prosesi başlayıb. Hazırda onu əvəz edəcək qüvvələr isə hələ gəlməyib.
Baxış sayı:165
Bu xəbər 20 İyun 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















