Icma.az
close
up
RU
ABŞ nin YENİ “UKRAYNA PLANI”nda NƏLƏR VAR? Əsas müddəalar AÇIQLANDI

ABŞ nin YENİ “UKRAYNA PLANI”nda NƏLƏR VAR? Əsas müddəalar AÇIQLANDI

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Ukraynaya təzyiqləri və iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsi fonunda Vaşinqtonun mümkün qədər tez sülh danışıqlarını bərpa etməyə çalışdığı görünür.

“AzPolitika” xəbər verir ki, “The Economist” nəşrində ABŞ administrasiyasının təklif etdiyi yeni sülh razılaşmasının əsas müddəaları dərc edilib. Nəşrin bildirdiyinə görə, mümkün razılaşmanın bir hissəsi olaraq bir sıra təkliflər, o cümlədən Donbasda silahsızlaşdırılmış zonanın yaradılması, Ukrayna üçün iqtisadi investisiya paketi və Kiyevin NATO üzvlüyündən imtina müqabilində Avropa İttifaqı(Aİ) üzvlüyü müzakirə olunur.

Qeyd olunur ki, Donbasda yaradılacaq “silahsızlaşdırılmış zona” deyərkən, hazırda Ukraynanın nəzarətində olan ərazilər nəzərdə tutulur. Ukraynaya bunun müqabilində Avropa Birliyinə sürətli üzvlük və ölkə iqtisadiyyatının bərpası üçün geniş beynəlxalq investisiya dəstəyi təklif olunur. Qarşılığında Kiyevdən NATO-ya üzvlük perspektivindən rəsmən imtina edilməsi tələb olunur.

Eyni zamanda, nəşrin məlumatına görə, razılaşma Rusiyanın Amerika şirkətləri ilə işgüzar müqavilələr bağlaması, eləcə də sanksiyaların yumşaldılması və Moskva ilə siyasi münasibətlərin normallaşdırılması imkanlarını nəzərdə tutur.

Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və hətta “Şimal Axını” boru kəmərinin istismarı da müzakirə olunur. Lakin bu məqam Avropa müttəfiqləri tərəfindən o qədər də həvəslə qarşılanmayıb. “The New York Times” bununla bağlı yazıb ki, Avropa İttifaqı nümayəndələri artıq Moskvadan enerji asılılığına qayıtmaq təklifini rədd edərək enerji təminatının şaxələndirilməsinə üstünlük veriblər.

“The Economist”-in yazdığına görə, ABŞ tərəfi üçün prioritet Ukraynada sülhdən və onun gələcək təhlükəsizliyindən daha çox Vaşinqtonun Rusiya ilə iqtisadi əlaqələrinin bərpasıdır. Qəzet qeyd edir ki, Ukrayna tərəfi Donald Trampın elçilərinin müharibənin bitməsi üçün şərtləri və Ukrayna üçün məqbul olan təhlükəsizlik zəmanətlərini razılaşdırmazdan əvvəl Rusiya ilə əlverişli iqtisadi müqavilələr bağlayacaqlarından narahatdır. 

"Onların nöqteyi-nəzərindən niyə gözləməli və vaxt itirməlisiniz? Vaxt puldur", - deyə Ukrayna rəsmisi nəşrə bildirib.

Nəşr yazır ki, bu arada, Rusiya sülhə meyl göstərmir, qışdan əvvəl Ukraynanın enerji obyektlərini atəşə tutmağa davam edir və ehtimal ki, bundan sonra da sanksiyaların qaldırılması daxil olmaqla, güzəştlər əldə etmək ümidi ilə prosesi uzatmağa çalışacaq.

Qeyd edək ki, bundan öncə ABŞ Müharibə Tədqiqatı İnstitutunun analitikləri Rusiyanın Vaşinqtonla danışıqlardan əslində nə istədiyini izah edib. Nüfuzlu institutun analitikləri iddia edirlər ki, Kreml Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlarda maraqlı olduğunu nümayiş etdirsə də, əslində əsas məqsəd müharibəni maliyyələşdirməyə davam etmək üçün ABŞ-dən iqtisadi güzəştlər almaqdır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri