Icma.az
close
up
RU
24 maddəlik PLANI AÇIQLANDI KONKRET

24 maddəlik PLANI AÇIQLANDI KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqının Ukrayna münaqişəsinin həlli üzrə hazırladığı 24 maddəlik plan açıqlanıb

The Telegraph Avropa İttifaqının ABŞ prezidenti Donald Trampın təklifinə cavab olaraq hazırladığı və 24 bənddən ibarət olan sülh planının tam mətnini dərc edib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, sənəd Ukrayna və Rusiya arasında müharibənin dayandırılması və davamlı sülhün təmin edilməsi üçün nəzərdə tutulmuş geniş çərçivəni əhatə edir.

Sənəddə yer alan əsas müddəalar bunlardır:

Müharibənin dayandırılması və davamlı sülhün təmin edilməsinə yönəlmiş razılaşmaların əldə olunması.

Tərəflərin havada, quruda və dənizdə tam və şərtsiz atəşkəsə razılaşması.

ABŞ və Avropa ölkələrinin iştirakı ilə atəşkəsin monitorinqinin texniki icrası üzrə danışıqlara dərhal başlanması.

ABŞ və Ukraynanın tərəfdaşları tərəfindən idarə olunan beynəlxalq monitorinq mexanizminin tətbiqi; əsasən peyk, dron və digər texnoloji vasitələrlə məsafədən nəzarət nəzərdə tutulur.

Tərəflər üçün atəşkəs pozuntuları barədə məlumatların verilməsi və araşdırılması üçün mexanizmin yaradılması.

Rusiyanın bütün deportasiya edilmiş və qanunsuz aparılmış ukraynalı uşaqları qeyd-şərtsiz geri qaytarması.

Hərbi əsirlərin “hamı hamı ilə” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsi; Rusiyanın bütün mülki saxlanılanları azad etməsi.

Atəşkəsin sabitliyindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün ailə görüşlərinə imkanların yaradılması.

Ukraynanın suverenliyinin tam şəkildə tanınması; ölkənin neytral statusa məcbur edilə bilməyəcəyi.

ABŞ daxil olmaqla, Ukraynaya gələcək təcavüzün qarşısının alınması üçün hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatlarının verilməsi.

Ukrayna Silahlı Qüvvələri və müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmaması.

Təhlükəsizlik təminatçı dövlətlər qrupunun formalaşdırılması; Ukraynanın dost qüvvələrin ölkədə mövcudluğu ilə bağlı qərarı müstəqil vermək hüququ.

Ukraynanın NATO-ya üzvlüyünün alyans daxilində konsensusdan asılı olması.

Ukraynanın Avropa İttifaqına üzv olması.

Ukraynanın nüvə silahının yayılmaması müqaviləsi çərçivəsində qeyri-nüvə dövləti statusunu qoruyacağı.

Ərazi məsələlərinin tam və şərtsiz atəşkəsdən sonra müzakirə edilməsi.

Ərazi danışıqlarının mövcud nəzarət xəttindən başlaması.

Razılaşdırılmış ərazi məsələlərinin gələcəkdə hər iki tərəf tərəfindən güc yolu ilə dəyişdirilməyəcəyi öhdəliyi.

Ukraynanın Zaporojye AES-ə və Kaxovka su anbarına nəzarəti bərpa etməsi üçün mexanizmin yaradılması.

Ukraynanın Dnepr boyunca sərbəst keçidi və Kınburn dili üzərində nəzarət hüququ.

Ukraynanın tərəfdaşları ilə məhdudiyyətsiz iqtisadi əməkdaşlıq aparması.

Ukraynanın tam bərpası və maliyyə kompensasiyası; bunun bir hissəsinin dondurulmuş Rusiya aktivləri hesabına ödənilməsi.

Rusiyaya qarşı 2014-dən tətbiq olunan sanksiyaların sabit sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldılması və pozuntu halında yenidən tətbiq olunması.

ATƏT-ə daxil olan bütün dövlətlərin iştirakı ilə Avropa təhlükəsizlik arxitekturası üzrə ayrıca danışıqların başlanması.

Qeyd edilib ki, sənədin məqsədi regionda davamlı və ədalətli sülhün təmin edilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri