Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

ABŞ niyə BMT ni tərk etmək istəyir?

ABŞ niyə BMT ni tərk etmək istəyir?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aydın Quliyev: Yeni dünya düzəninin konsepsiyası verilmədən BMT-ni dağıtmaq “düzəndən xaosa” keçidə bənzəyəcək

Dünyanın ən böyük təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı beynəlxalq münasibətlər sistemində baş verən proseslərə adekvat reaksiya verə bilmir. Bu səbəbdən də, bir sıra dövlətlər təşkilatda köklü islahatların aparılmasına dair çağırışlar edirlər. Belə bir şəraitdə dünyanın ən böyük ölkələrindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ qurumu tərk edə bilər.

Artıq ABŞ Konqresində ölkənin BMT-ni tərk etməsi üçün praktiki addımlar atılır.  Respublikaçı senatorlar ABŞ-ın BMT-dən tamamilə çıxması haqqında qanun layihəsi təqdim ediblər. Bu barədə layihə müəlliflərindən biri olan Mayk Linin saytında dərc olunmuş sənədin mətnində deyilir. Layihədə qeyd olunur ki, Prezident Birləşmiş Millətlər Təşkilatına və ona rəsmi şəkildə bağlı olan bütün orqanlara, ixtisaslaşmış qurumlara, komissiyalara və digər orqanlara üzvlüyünü ləğv etməlidir. Qanun layihəsi BMT və onun agentlikləri üçün maliyyənin kəsilməsini, ölkənin təşkilatın sülhməramlı missiyalarında iştirakdan imtinasını, Senatın razılığı olmadan ona yenidən daxil olmağın qadağan edilməsini nəzərdə tutur.

Senator Mayk Li “Fox” telekanalına deyib ki, təşkilat “ABŞ və onun müttəfiqlərinə hücum etmək” üçün “tiranların platformasına” çevrilib. O, “Vaşinqtonun maraqlarını zərbə altında qoyan, Birləşmiş Ştatların əleyhdarlarını gücləndirmək üçün pul xərcləyən BMT”-nin maliyyələşdirilməsinə son qoymağa çağırıb. Mayk Li, həmçinin BMT-nin bu illər ərzində bütün diqqət və pula baxmayaraq, müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilmədiyini də vurğulayıb.

Bəs ABŞ konqresmenlərinin  BMT barədə mövqeyi nə dərəcədə əsaslıdır? Təşkilatın böhranlı vəziyyətə düşməsində hansı amillərin rolu var? Məsələ ilə bağlı “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, bir qrup Amerika senatoru fikirlərini BMT-nin heç bir iş görməməsi, münaqişələrin qarşısını ala bilməməsi və ABŞ-ın bu quruma havayı pul xərcləməsi ilə əsaslandırır. Senatorların məntiqinə görə heç bir səmərəli iş görməyən təşkilatı ABŞ niyə maliyyələşdirsin?! “Senatorların bu sualından əvvəl başqa sual da var. Bəs BMT-ni bu günə kim qoydu? Senatorların yazdığı kimi “dağılmamışdan əvvəl onu dağlar günə kim qoydu?”. BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq probleminin həlli üçün “iki dövlət” prinsipini əks etdirən qətnamələri 70 ildən çoxdur niyə icra olunmur? Ermənistanın təcavüzünə qarşı BMT TŞ-nin qəbul etdiyi 4 qətnamınin 30 ildə icra edilməsi üçün Amerika hansı prinsipiallığı göstərdi? Əksinə, qətnamələrin icrasına daim mane oldu”,-deyən A.Quliyevin fikrincə, bəzi hallarda ABŞ BMT TŞ-nin qəbul etdiyi qətnamələrin heç mürəkkəbi qurumamış icra etdi. Məsələn, 1990-cı illərdə Serbiyada, 2002-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda, 2011-ci ildə isə  Liviyada olduğu kimi. Başqa hallarda isə BMT öz qətnamələrinin icrasına “ortası qırılmış ilan” kimi reaksiya verdi. ABŞ və BMT TŞ-də veto hüquqlu  başqa ölkələr də buna susdular.

“BMT-nin müstəmləkəçilikdən azad olunmalı xalqlarla bağlı xüsusi komitəsinin işinə mane olanların biri ABŞ deyil? Çünki hələ də müstəmləkə saxlayanlar Fransadır, Hollandiyadır - yəni ABŞ-ın NATO üzrə müttəfiqləridir”,-deyən siyasi şərhçi illərdir BMT sistemində islahatlarla bağlı  çağırışların olduğunu xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti də BMT strukturlarında konkret islahatların zəruriliyini bəyan edib: “İslahat prosesinə real olaraq niyə start verilmir? Niyə TŞ qətnamələrinin taleyi 5 daimi üzv dövlətin əlində qalmalıdır? Daimi üzvlərin veto hüququ niyə də məhdudlaşdırılmasın? Veto hüququna malik ölkələrin sayı niyə türk dünyasının və Qoşulmama Hərəkatının hesabına genişləndirilməsin? BMT qərarlarının icrasında ikili standartlara niyə son qoyulmasın? Məntiq və dünyadakı real vəziyyət tələb edir ki, bunlar baş versin. Ancaq bütün bunlar ABŞ-a sərf etmir, onun həlledici səs  monopoliyasına başqa şərik çıxanlar olmasın deyə. Bütün bunlar o deməkdir ki, senatorların müraciəti BMT-nin dağıdılmasında ABŞ-ın  məsuliyyətini gizlətmək cəhdindən başqa bir şey deyil”.

A.Quliyev qeyd edib ki, BMT-dən çıxmaq yox, onu dərindən islah etmək lazımdır. “Yeni dünya düzəninin konsepsiyası verilmədən BMT-ni dağıtmaq “düzəndən xaosa” keçidə bənzəyəcək və bunun bütün məsuliyyəti ABŞ-ın üzərində qalacaq”,-deyə baş redaktor vurğulayıb.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri