Icma.az
close
up
RU
ABŞ BMT ni tərk edir?

ABŞ BMT ni tərk edir?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın zamanda ABŞ Birləşmiş Millətlər Təşkilatını tərk edə bilər -  Respublikaçı konqresmenlər ABŞ-ın BMT-dən tam çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur.

Sənədin təşəbbüskarları hesab edirlər ki, BMT ABŞ-ın milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla həm siyasi, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşir. Respublikaçılar vurğulayırlar ki, ABŞ-ın BMT-yə ödədiyi vəsaitlər qeyri-effektiv xərclənir və təşkilatın beynəlxalq siyasətdəki mövqeyi Amerika dəyərləri ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, qanun layihəsi ölkə daxilində ciddi müzakirələrə səbəb olub - demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-ın qlobal liderliyini zəiflədə biləcəyini bildirirlər. Respublikaçılar isə hesab edirlər ki, ABŞ BMT-dən ayrılmaqla öz müstəqil xarici siyasətini daha sərbəst şəkildə həyata keçirə biləcək.

Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır. ABŞ-ın BMT-dən çıxması üçün bu qanun layihəsinin həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməsi və prezident tərəfindən imzalanması tələb olunur.

Maraqlıdır, görəsən, Konqresdə qanun layihəsinin qəbul olunması nə dərəcədə realdır? Əgər ABŞ BMT-nin üzvlüyündən çıxarsa, təşkilatda hansı dəyişikliklər baş verəcək? Dünyada hansı proseslərin baş verəcəyinin şahidi olacağıq? Sözsüz ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 daimi üzvü qalacağı təqdirdə təşkilatın nizamnaməsinə yenidən baxılacaq...

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2023-cü il sentyabrın 19-da BMT-nin Baş Assambleyasının tribunasında təşkilatda ciddi dəyişikliklərin aparılmasına ehtiyac olduğunu bəyan etmişdi: “Biz BMT-nin rəhbərliyi altında dünyanın təhlükəsizliyi, sülhü və rifahının təmin edilməsinə cavabdeh olan qurumları sürətlə yenidən qurmalıyıq. Biz öz coğrafiyası və demoqrafik xüsusiyyətləri ilə dünyanın bütün mənşəyini, inanclarını və mədəniyyətlərini təmsil etməyə qadir olan qlobal idarəetmə arxitekturası qurmalıyıq. Nəticədə bir daha bütün qəlbimizlə deyirik ki, dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür”.

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin yanvarında telekanallara müsahibəsində BMT-də islahatların zəruri olduğunu qeyd etmişdi: “70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Birincisi, təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır”.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şəhrində qeyd edib ki,  hazırda konqresdə belə bir qanunun qəbul olunması inandırıcı görünmür: “Güman etmirəm ki, Konqresdə belə bir qanun layihəsi qəbul olunacaq. Böyük ehtimalla, respublikaçılar öz istəklərinə nail ola bilməyəcəklər. Amma respublikaçılar öz hədəfinə nail olmaq üçün nə zamansa yenə də belə bir qanun layihəsi təqdim edə bilərlər”.

Politoloq vurğulayıb ki, Birləşmiş Ştatların BMT üzvlüyündən çıxması qlobal dünyada ciddi proseslərə gətirib çıxaracaq: “Ümumiyyətlə, İkinci Dünya müharibəsindən bəri davam edən status-kvo dəyişəcək, yəni indiki beynəlxalq siyasi sistem dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq. ABŞ öz istədiyi kimi hərəkət edəcək və maraqlarına uyğun sistemin qurulmasına çalışacaq. Digər böyük güclər də öz bildikləri kimi hərəkət edəcəklər. Qlobal dünya çoxqütblü sistemə transformasiya olunacaq”.

BMT-də islahatların keçirilməsinə gəlincə, İ.Vəlizadə bunun mümkün olduğunu bildirib: “ABŞ-ın BMT-ni tərk edəcəyi təqdirdə qurumun Təhlükəsizlik Şurası öz funksionallığını itirəcək. Belə demək mümkünsə, yeni oyunçulardan ibarət yeni Təhlükəsizlik Şurası qurula bilər”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see389

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see389

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see345

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see335

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see326

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see297

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see282

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see268

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see265

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see260

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see260

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see258

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see255

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see245

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see243

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see241

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see213

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see211

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri