ABŞ nümayəndə heyəti BMT iclasını tərk etdilər
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Amerikalı diplomatlar ötən gün Fransanın ABŞ-yə qarşı tənqidindən sonra BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasını tərk ediblər.
Gununsesi.info “Associated Press”ə istinndən xəbər verir ki, etiraz ötən həftə İnsan Hüquqları üzrə Ali Komissar Volker Türkün mandatının yenilənməsi ilə bağlı keçirilən səsvermədən qaynaqlanır. Onun yenidən seçilməsini 144 ölkə dəstəkləyib, ABŞ da daxil olmaqla 10 ölkə isə buna qarşı çıxıb. Bundan sonra Fransanın BMT-dəki missiyası sosial mediada Vaşinqtonu tənqid edib.
AP qeyd edir ki, “Birləşmiş Ştatlar bir vaxtlar insan haqlarının mayakı idi. Artıq yox. Bu gün Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə yanaşı təcrid olunub. Və dünya artıq ona qulaq asmır”.
Hesabata görə, bundan sonra ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts Fransanın “ən pis insan hüquqlarını pozanlardan bəzilərini” dəstəklədiyini və ABŞ, Böyük Britaniya və İsrail də daxil olmaqla demokratik ölkələri tənqid edən bir şəxsə səs verdiyini bildirib. ABŞ-nin daimi nümayəndəsinin müavini Den Neqrea isə Parisi “mənəvi pozuntuda” və insan hüquqları da daxil olmaqla digər ölkələrə mühazirə oxumağa cəhd etməkdə günahlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 İyul 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















