Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Milli kimliyin və dövlətçiliyin təməli: Azərbaycançılıq məfkurəsi ŞƏRH

Milli kimliyin və dövlətçiliyin təməli: Azərbaycançılıq məfkurəsi ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycançılıq ideologiyası Azərbaycan xalqının tarixi formalaşma prosesi ilə üzvi şəkildə bağlı olan, dərin etnik, dini, mənəvi və mədəni köklərə söykənən çoxşaxəli ideoloji sistemdir. Bu ideologiyanın ilkin əsasları xalqın milli kimliyinin təşəkkülü ilə paralel şəkildə meydana gəlib. Onun əsasını türklük, islam və ümumbəşəri dəyərləri ehtiva edən müasirlik prinsipləri təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri akademik Nizami Cəfərov deyib. Akademik bildirib ki, azərbaycançılıq ideologiyasının ayrı-ayrı tarixi və mədəni əsasları qədim dövrlərə gedib çıxsa da, onun bütöv siyasi və ideoloji sistem kimi formalaşması XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Azərbaycanın görkəmli ziyalıları milli kimlik məsələlərini yeni ictimai-siyasi şəraitdə nəzəri cəhətdən əsaslandırmağa, xalqın etnik, dini və mədəni dəyərlərini vahid ideoloji məcrada birləşdirməyə çalışıblar. Bu prosesdə Əli bəy Hüseynzadənin xüsusi mövqeyi və müstəsna xidmətləri olub. Bununla yanaşı, digər mütəfəkkir və ziyalıların da yaradıcılığı azərbaycançılıq düşüncəsinin sistemləşməsində mühüm rol oynayıb. Azərbaycançılıq ideologiyasının dövlətçilik müstəvisində reallaşdırılmasına Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanılıb. Lakin Cümhuriyyətin süqutu və ölkənin müstəqil dövlətçilik ənənələrinin zorla dayandırılması bu prosesin ardıcıl inkişafına mane olub. Sonrakı sovet hakimiyyəti illərində isə mövcud siyasi-ideoloji mühit azərbaycançılığın bütün komponentlərinin sərbəst şəkildə ifadə olunmasına imkan verməyib.

O, Səməd Vurğunun yaradıcılığında azərbaycançılıq məfkurəsinin özünəməxsus təzahürlərindən də bəhs edib. Bildirib ki, şairin əsərlərində Azərbaycan sevgisi, milli torpağa bağlılıq və vətənpərvərlik motivləri aparıcı yer tutur. Bununla belə, həmin dövrün ideoloji məhdudiyyətləri onun yaradıcılığında türklük, İslam və müasirlik prinsiplərinin bütöv şəkildə, qarşılıqlı vəhdətdə ifadəsini məhdudlaşdırıb: “Səməd Vurğunun azərbaycançılığı, ilk növbədə, onun bədii dilində, poetik düşüncəsində, Azərbaycanı tərənnüm edən əsərlərində özünü göstərir. Lakin bu, azərbaycançılığın bütün mahiyyətini əhatə edən sistemli ideoloji ifadə deyildi. Şairin yaradıcılığında türklük, İslam və ümumbəşəri dəyərlərlə bağlı ayrı-ayrı mülahizələrə rast gəlinsə də, həmin məsələlərə münasibət dövrün siyasi-ideoloji şərtləri çərçivəsində formalaşırdı”.

Akademik diqqətə çatdırıb ki, azərbaycançılıq ideologiyasının Azərbaycan xalqının tarixi taleyində və müstəqil dövlətçilik təcrübəsində ardıcıl şəkildə gerçəkləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq milli ideya olmaqla yanaşı, müstəqil dövlətin ideoloji dayaqlarından birinə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə ideologiyanın müasir dövrün tələblərinə uyğun inkişafına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və milli özünüdərk prosesinin daha da dərinləşməsinə şərait yaradıb.

Hər bir ideologiyanın inkişafı onu təmsil edən xalqın və dövlətin ümumi tərəqqisi ilə sıx bağlıdır. İqtisadi inkişaf, siyasi sabitlik, mədəni yüksəliş və mənəvi-intellektual potensial milli ideologiyanın ictimai həyatda daha geniş təzahür etməsinin əsas şərtləridir. Bu baxımdan müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər azərbaycançılıq ideologiyasının məzmun və təsir imkanlarını da genişləndirir.

O qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda, o cümlədən millətlərarası dialoq çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil siyasi mövqeyini, milli maraqlarını və dövlət suverenliyini qorumaq əzmini nümayiş etdirir. Dövlətin beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyə malik olması, qlobal məsələlərə müstəqil yanaşması azərbaycançılıq ideologiyasının müasir siyasi təzahürlərindən biri kimi qiymətləndirilməlidir. Müasir beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, hərbi münaqişələr, müxtəlif ideoloji qarşıdurmalar, texnoloji dəyişikliklər və süni intellektin yaratdığı yeni çağırışlar milli dövlətlərin daxili dayanıqlığını daha da aktuallaşdırır: “Belə bir şəraitdə Azərbaycanın siyasi, iqtisadi, sosial və mənəvi-ideoloji sabitliyinin qorunması mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycançılıq ideologiyasının davamlı inkişafı üçün, ilk növbədə, dövlətin daxili sabitliyi, cəmiyyətin həmrəyliyi və milli-mənəvi dəyərlərin qorunması təmin edilməlidir. İqtisadi və sosial inkişafla yanaşı, mənəvi-intellektual mühitin sağlamlığı da bu prosesin mühüm şərtlərindəndir”.

Nizami Cəfərov azərbaycançılığın əsasını təşkil edən türklük, müsəlmanlıq və müasirlik prinsiplərinin qarşılıqlı vəhdətdə qorunmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu komponentlərdən hər hansı birinin digərlərindən üstün tutulması ideologiyanın bütövlüyünü poza bilər. Azərbaycançılığın mahiyyəti etnik, dini və ümumbəşəri dəyərlərin vahid milli məfkurə ətrafında birləşməsindən ibarətdir. Buna görə də hər üç prinsipə eyni dərəcədə diqqət yetirilməsi, onların milli kimliyin ayrılmaz tərkib hissələri kimi qorunması vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri