Icma.az
close
up
RU
ABŞ ordusu İranı yenidən bombaladı 90 hədəfə zərbə

ABŞ ordusu İranı yenidən bombaladı 90 hədəfə zərbə

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflərmək məqsədilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri olub.

Məlumata görə, ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa da zərbə endirib. Bununla da Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum edərək atəşkəsi pozan İrana ciddi ziyan vurub.

SEPAH isə bəyan edib ki, Vaşinqtonun təcavüzü davam edərsə, bölgədəki ABŞ bazalarına zərbələri genişləndirəcəklər.

“İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika ordusuna xəbərdarlıq edir ki, təcavüz təkrarlanarsa, sarsıdıcı cavab tədbirlərimiz regiondakı digər Amerika bazalarına da şamil ediləcək”, - SEPAH-ın “Telegram” kanalında qeyd olunub.

Bildirilib ki, cavab əməliyyatı zamanı Küveyt və Bəhreyndəki ABŞ bazalarının infrastrukturuna və obyektlərinə zərbələr endirilib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri