Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin ikitərəfli münasibətlərin inkişafı üçün Şimali Koreya ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Qo Tszyakun Şimali Koreya lideri Kim Çen Inın şənbə günü Çinin Dandun şəhərinə səfərini şərh edərkən bildirib.
"Çin və Şimali Koreya dost ölkələrdir. İkitərəfli münasibətlərin qorunması, möhkəmləndirilməsi və inkişafı həmişə Çin Kommunist Partiyasının və Çin hökumətinin dəyişməz strateji siyasəti olub... Çin iki ölkə liderləri arasında əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi və ikitərəfli münasibətlərin inkişafının irəlilədilməsi üçün Şimali Koreya ilə əməkdaşlığı davam etdirməyə hazırdır", - o deyib.
Şimali Koreya lideri şənbə günü iki ölkəni birləşdirən Yalu çayı üzərindən yeni açılmış körpü ilə Danduna birgünlük səfərə gəlib. Səfər çərçivəsində o, avtomobil zavodunu ziyarət edib.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















