Icma.az
close
up
RU
ABŞ Pakistan təmasları və Qəzza məsələsi: strateji məsuliyyət və regional sabitlik kontekstində yanaşmalar

ABŞ Pakistan təmasları və Qəzza məsələsi: strateji məsuliyyət və regional sabitlik kontekstində yanaşmalar

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munirin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla yaxın həftələrdə Vaşinqton şəhərinə nəzərdə tutulan səfəri çərçivəsində keçirilməsi planlaşdırılan görüş, beynəlxalq təhlükəsizlik gündəliyinin aktual məsələləri baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunan təmasın son altı ay ərzində üçüncü dəfə baş tutması ABŞ–Pakistan münasibətlərinin hərbi-siyasi müstəvidə intensiv xarakter aldığını nümayiş etdirir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, mövcud məlumatlara əsasən, görüş zamanı Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında yaranmış humanitar və təhlükəsizlik vəziyyəti əsas müzakirə mövzularından biri olacaqdır. “Bu kontekstdə ABŞ tərəfinin Qəzza ərazisində mümkün sabitləşdirmə mexanizmləri çərçivəsində Pakistanın iştirakına dair mövqeyini İslamabadın diqqətinə çatdıracağı istisna edilmir. ABŞ administrasiyası Yaxın Şərqdə davam edən gərginliyin regional və qlobal təhlükəsizlik üçün yaratdığı riskləri nəzərə alaraq, beynəlxalq məsuliyyət bölgüsünün təmin edilməsinə xüsusi önəm verir. Bu baxımdan, Pakistan kimi nüfuzlu və hərbi potensiala malik bir dövlətin prosesə cəlb edilməsi Vaşinqton tərəfindən mümkün variantlardan biri kimi dəyərləndirilir”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, Pakistanın İslam dünyasında tutduğu mövqe, beynəlxalq sülhməramlı missiyalarda əldə etdiyi təcrübə və çoxtərəfli platformalarda fəallığı ABŞ tərəfindən bu ölkənin Qəzza ətrafında formalaşdırıla biləcək mexanizmlərdə rol alması üçün əsas arqumentlər kimi təqdim olunur.

Politoloqun fikrincə, bununla yanaşı, Pakistan cəmiyyətində Fələstin məsələsinin yüksək həssaslıq doğurduğu və Qəzza zolağında baş verən hadisələrə dair ictimai mövqenin birmənalı şəkildə formalaşdığı məlumdur Bu səbəbdən, Pakistan Silahlı Qüvvələrinin hər hansı beynəlxalq kontingent tərkibində Qəzza ərazisinə göndərilməsi ölkə daxilində geniş ictimai narazılığa və sosial gərginliyə səbəb ola bilər. Nicat İsmayılov hesab edir ki, belə bir addımın İsrailə dolayısı dəstək kimi qəbul edilməsi ehtimalı daxili siyasi sabitlik üçün əlavə risklər yaradır. Mövcud sosial-iqtisadi çağırışlar fonunda bu tip qərarların cəmiyyət tərəfindən qəbul edilməsinin çətin olacağı istisna edilmir.

“Pakistan rəhbərliyinin və Silahlı Qüvvələr komandanlığının bu məsələ ilə bağlı mövqeyinin formalaşdırılmasında milli maraqların, ictimai rəyin və beynəlxalq öhdəliklərin balanslaşdırılması əsas prinsip kimi çıxış edir. Rəsmi İslamabadın indiyədək beynəlxalq münaqişələrə münasibətdə ehtiyatlı və ölçülüb-biçilmiş siyasət yürütməsi, bu məsələdə də alternativ yanaşmaların – humanitar yardım, diplomatik təşəbbüslər və siyasi dialoqun dəstəklənməsi kimi variantların ön plana çıxarılacağını deməyə əsas verir.

Pakistanın hərbi kontingent göndərilməsi əvəzinə, beynəlxalq hüquq normalarına uyğun olaraq humanitar proseslərə töhfə verməsi və siyasi həll mexanizmlərinin təşviqində fəal iştirak etməsi daha məqsədəuyğun hesab edilə bilər”-deyən politoloq qeyd edib ki, General Asim Munirin ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşü, Qəzza zolağında mövcud vəziyyət fonunda ABŞ–Pakistan münasibətlərinin yeni mərhələdə müzakirə olunduğunu göstərir. Bu təmaslar həm regional təhlükəsizlik, həm də Pakistanın daxili ictimai-siyasi sabitliyi baxımından məsuliyyətli və ölçülü qərarların qəbul edilməsini zəruri edir.

Politoloqun fikrincə, Qəzza məsələsində beynəlxalq ictimaiyyətin üzərinə düşən əsas vəzifə, gərginliyin azaldılması, humanitar böhranın aradan qaldırılması və uzunmüddətli siyasi həll üçün əlverişli şəraitin yaradılmasından ibarətdir: “Pakistanın bu prosesdə tutacağı mövqe milli maraqlar, beynəlxalq hüquq və ictimai iradə prinsipləri əsasında müəyyənləşdirilməlidir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri