Icma.az
close
up
RU
Azərbaycan Pakistan münasibətləri: çoxtərəfli əməkdaşlıq, regional inkişaf və geosiyasi sabitlik amili

Azərbaycan Pakistan münasibətləri: çoxtərəfli əməkdaşlıq, regional inkişaf və geosiyasi sabitlik amili

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Fevralın 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq müstəvisində qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə mühüm addımların atılmasına, iki ölkə arasındakı əlaqələrin gələcəkdə daha da dərinləşməsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə yol açacaqdır.Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətləri dərin tarixi-mədəni əlaqələrlə möhkəmlənib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu, iki ölkənin münasibətlərində möhkəm təməlin qoyulmasında mühüm addım hesab edilir.

Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında siyasi əlaqələr bu gün yüksək səviyyədədir. Hər iki dövlət beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləyir. Pakistan ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıyır, həmçinin Ermənistanın təcavüzü ilə bağlı beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdən biridir. Pakistan Ermənistanı rəsmi olaraq tanımayan ölkələrdəndir.
İki ölkənin parlamentləri arasında da sıx əməkdaşlıq mövcuddur. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə isə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı faciəsini tanıyan və Ermənistanın təcavüzünü pisləyən qətnamələr qəbul edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Pakistan Milli Assambleyası Azərbaycanın mövqeyini dəstəkləyən sənədi təsdiqləyib.
İkitərəfli münasibətlərdə iqtisadi əməkdaşlıq mühüm yer tutur. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması qarşıda duran mühüm hədəflərdəndir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri çərçivəsində fevralın 24-də keçirilmiş Azərbaycan-Pakistan Biznes Forumu bu sahədə yeni imkanlar yaradıb. Forumda hər iki ölkənin iş adamları iştirak edərək əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən ediblər.
Dövlətimizin başçısı biznes forumunda bildirib ki, ötən ilin yayında Pakistana səfərim zamanı bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq: “Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik”.
Dövlətlərarası iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları həcmində sərmayə yatırmaq planı bu əməkdaşlığın dərinləşməsinə xidmət edir və konkret layihələr üzərində işlər sürətlə davam etdirilir.
Səfər zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələr üzrə 13 mühüm sənəd imzalanmışdır. İki dövlət arasında müdafiə sahəsində münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Pakistan istehsalı olan hərbi texnikanı əldə edir və onun keyfiyyətindən məmnundur. Tərəflər birgə müdafiə sənayesi müəssisələrinin yaradılması imkanlarını da müzakirə edirlər. Bu ölkələr arasında enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir, SOCAR ilə Pakistanın enerji şirkətləri arasında bir sıra sənədlər imzalanmışdır.
Hər iki ölkə həm də beynəlxalq nəqliyyat dəhlizlərində əməkdaşlıq etməyi planlaşdırır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirakı Pakistan üçün yeni ticarət marşrutları açır, bu əməkdaşlıq regional iqtisadi inteqrasiyanı gücləndirəcək.
Azərbaycan ilə Pakistan arasında humanitar sahədə də sıx əlaqələr mövcuddur. Heydər Əliyev Fondu Pakistanda bir sıra xeyriyyə və humanitar layihələr həyata keçirmişdir. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2015-ci ildə Pakistanın “Hilal-e Pakistan” ordeni ilə təltif olunmuşdur. İki ölkənin universitetləri və tədqiqat mərkəzləri arasında əməkdaşlıq protokolları da imzalanmışdır.
İmzalanmış sazişlər əsasında qarşıdakı aylarda iqtisadi əməkdaşlıq daha da dərinləşəcək. Tərəflər bir ay ərzində layihələri yekunlaşdırıb, aprel ayının əvvəlinədək sənədlərin imzalanmasını planlaşdırır. Əməkdaşlıq enerji, kənd təsərrüfatı, müdafiə, logistika və təhsil sahələrini əhatə edəcək.
Azərbaycan-Pakistan əlaqələri qarşılıqlı hörmət və dəstəyə əsaslanır. İki ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər strateji tərəfdaşlığın bütün sahələrdə inkişafına təkan verir. Mövcud münasibətlər yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəni və humanitar istiqamətlərdə mühüm nəticələr vəd edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri