Icma.az
close
up
RU
“ABŞ Pezeşkianla əməkdaşlıqda maraqlıdır” AÇIQLAMA

“ABŞ Pezeşkianla əməkdaşlıqda maraqlıdır” AÇIQLAMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ İranda Prezident Məsud Pezeşkianla işləməkdə maraqlıdır”. 

Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, İranın hazırkı dini lideri hakimiyyətin real icra səlahiyyətlərini tam şəkildə prezident institutuna ötürərsə, ölkə mövcud böhrandan çıxış yolu tapa bilər:

“Bu gün etiraz aksiyaları əvvəlkilərdən çox ciddi şəkildə fərqlənir. Çünki indiki proseslər dəyişmiş geosiyasi şərtlər fonunda baş verir. İsrail-İran qarşıdurması, İranın proksi qüvvələrinə endirilən zərbələr, Tehranın Suriya və digər regionlardan geri çəkilməsi ölkəni strateji baxımdan çətin vəziyyətə salıb. 

Eyni zamanda, tətbiq olunan sərt sanksiyalar İranın valyuta daxilolmalarını kəskin şəkildə azaldıb”.

Ekspert qeyd edib ki, beynəlxalq siyasi nizamın gərginləşməsi və Vaşinqtonun İrana qarşı birbaşa hərbi əməliyyatlar başlada biləcəyi barədə verdiyi mesajlar proseslərin nə qədər ciddi olduğunu göstərir:

“Tehran rejimi anlayır ki, ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə zamanı hərbi əməliyyatlara başlamışdısa, oxşar ssenari yenidən tətbiq oluna bilər. İran Prezidenti Məsud Pezeşkian Qərblə əməkdaşlıqda maraqlıdır və həm xarici, həm də daxili siyasətdə islahatlara getməyə çalışıb. 

Lakin mühafizəkar kəsim bu islahatlara imkan vermədi. Mühafizəkar dairələr adətən Prezidenti tənqid etməkdən çəkinir. Lakin Pezeşkian açıq şəkildə mövcud sistemi tənqid edən nadir prezidentlərdəndir”.

Onun sözlərinə görə, pəhləvilərin yenidən hakimiyyətə qayıtması real görünmür:

“Cəmiyyətin kiçik bir hissəsinin şah rejiminə nostalji yanaşması həlledici amil deyil. Cənubi Qafqaz və Qərb üçün hazırkı mərhələdə ən optimal fiqur məhz Prezident Məsud Pezeşkiandır. 

ABŞ İran rejiminə təzyiqləri daha da artıracaq. Vaşinqtonun əsas planı İranda struktur islahatların aparılması və prezident institutunun gücləndirilməsidir. İran dəyişmək məcburiyyətindədir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: ABŞ İran Pezeşkian

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri