Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətləri: Əməkdaşlıqda hər iki ölkə maraqlıdır

Azərbaycan ABŞ münasibətləri: Əməkdaşlıqda hər iki ölkə maraqlıdır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı və Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə 2026-cı ildə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Bakı-Vaşinqton əlaqələrində yeni mərhələnin əsasını qoyub.

ABŞ rəsmilərinin Azərbaycana səfərləri və yüksək səviyyəli görüşlər isə bu əməkdaşlığın konkret istiqamətlər üzrə genişləndirilməsinə marağın göstəricisidir. Prezident İlham Əliyevin ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşü də ikitərəfli münasibətlərin gələcək perspektivləri, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından diqqət çəkir.

Görüşdə TRIPP layihəsinin əhəmiyyətinin xüsusi vurğulanması da regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və iqtisadi əməkdaşlıq baxımından yeni imkanların gündəmdə olduğunu göstərir.

“Cebheinfo.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi problemlər mövcud idi:

“Bunun əsas səbəbi həmin administrasiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətdə qərəzli və birtərəfli yanaşma sərgiləməsi idi. Tramp administrasiyası dövründə isə vəziyyət ciddi şəkildə dəyişdi. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin Trampın iştirakı ilə paraflanması, qəbul edilən birgə bəyanat, eləcə də Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşma mühüm siyasi proseslərdir. Həmin vaxtdan etibarən Azərbaycanla ABŞ arasında münasibətlər və siyasi dialoq daha intensiv xarakter alıb”.

Politoloq əlavə edib ki, dəfələrlə Azərbaycan nümayəndə heyəti Vaşinqtonda səfərdə olub:

“Eyni zamanda, ABŞ-nin vitse-prezidenti də daxil olmaqla, müxtəlif rəsmi şəxslər Azərbaycana səfərlər ediblər. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da münasibətlərin inkişafı baxımından mühüm hadisədir. Son olaraq ABŞ-nin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri və burada müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bu, hər iki ölkənin maraqları baxımından olduqca vacib məqamdır.

Nəzərə alsaq ki, Azərbaycan və ABŞ arasında enerji, nəqliyyat, logistika, təhlükəsizlik, müdafiə sənayesi və süni intellekt də daxil olmaqla, bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq davam etdirilir. Eyni zamanda, tərəflər arasında dialoqun intensivliyi də hər iki ölkənin münasibətlərin inkişafında maraqlı olduğunu göstərir”.

Oqtay Qasımov qeyd edib ki, digər tərəfdən, ABŞ-nin Mərkəzi Asiya ilə bağlı ciddi maraqları var:

“Azərbaycan isə Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas körpülərdən biridir. ABŞ administrasiyasında da Azərbaycanın bu geosiyasi və strateji əhəmiyyəti yaxşı dərk olunur. Bu baxımdan, qarşılıqlı səfərlərin və dialoqun intensivləşməsi, eləcə də əməkdaşlıq istiqamətlərinin genişlənməsi gələcəkdə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlavə imkanlar yaradır. Ona görə də ABŞ-nin daxili təhlükəsizlik nazirinin son səfərini məhz bu kontekstdə qiymətləndirmək lazımdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see447

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see333

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see329

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see315

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see285

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see280

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see279

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see269

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see267

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see266

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see266

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see264

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see246

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see245

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see244

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see218

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see209

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see203

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri