Icma.az
close
up
RU
Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 20 aprel, AZƏRTAC

Ukrayna və ABŞ arasında nadir mineral ehtiyatların birgə işlənməsinə dair Memorandumun imzalanması İqtisadi Tərəfdaşlıq Sazişinə doğru ilk addım kimi qiymətləndirilməlidir. Bu, hər iki ölkənin sazişi imzalamaqda maraqlı olduğuna hüquqi siqnaldır.

Bu fikri AZƏRTAC-a açıqlamasında ukraynalı siyasi şərhçi İvan Us söyləyib.

“Sözsüz ki, Ukrayna və Amerika əməkdaşlığında son bir neçə ayın əsas mövzulardan biri nadir mineral ehtiyatların işlənməsinə dair sazişin imzalanması idi. Uzun sürən danışıqların nəticəsi oldu. İmzalanan memorandum onu göstərir ki, tərəflər növbəti mərhələ üçün danışıqların aparılmasına hüquqi cəhətdən razılıq veriblər. Yekun sənəddə Amerikanın irəli sürdüyü xüsusilə müharibə dönəmindəki maliyyə yardımının 350 milyard dollar dəyərində borc kimi qaytarmasına dair şərtinin nə dərəcədə əksini tapacağını görəcəyik. Sözsüz ki, Ukrayna bunun borc olduğunu qəbul etmir. Ukrayna məbləğin az olduğunu deyir. Hazırda gedən məlumatlarda Ukraynanın qaytaracağı məbləğin 350 milyard dollar deyil, 100 milyard olduğu bildirilir. Bu da Prezident Zelenskinin öncə açıqladığı rəqəmə yaxındır”, - deyə ekspert qeyd edib.

İvan Us hesab edir ki, bundan sonra danışıqlar bir ay davam edə bilər.

“Ukraynanın mövqeyi sadədir. Bu saziş Ukrayna və Amerikanın qanunvericiliyinə, hüquqi normativ prinsiplərinə zidd olmamalıdır. Amerika öncə sazişin parlamentlərdə ratifikasiya olmadan təsdiqlənməsini istəyirdi. Bu isə qanunvericiliyin pozulması demək idi. Çünki ratifikasiya olunmayan saziş sonradan ölkədə ali hüquqi nüfuza malik olmazdı və işləməzdı. Ukrayna isə bildirdi ki, sazişi parlamentdə ratifikasiya etmədən imzalanması lüzumsuzdur. Biz yaxın həftədə və ya bir ayda sazişin imzalanacağını və ondan sonra sənəddə konkret nələrin yer aldığını görə biləcəyik. Qısası bununla bağlı proses davam edir”, - deyə İvan Us vurğulayıb.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin rəsmi açıqlamasında isə qeyd olunur ki, ABŞ-la razılaşma üzrə danışıqlar aparan qrupların aprelin 26-dək irəliləyişlər barədə hesabat verəcəyi gözlənilir. Ukrayna Baş naziri Denis Şmıqalın da ölkənin bərpası üçün investisiya fondunun yaradılmasına dair razılaşmanın şərtləri üzrə texniki müzakirələri başa çatdırmaq üçün gələn həftə Vaşinqtona səfər edəcəyi gözlənilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri