Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

ABŞ Prezidenti 907 ci düzəlişi ləğv etməklə müəyyən mesajlar verdi ŞƏRH

ABŞ Prezidenti 907 ci düzəlişi ləğv etməklə müəyyən mesajlar verdi ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 avqust, AZƏRTAC

Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəliş, əslində, həmin vaxt Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan etməklə Azərbaycanı Ermənistan qarşısında zəiflətməyə və təcavüzə kömək etməyə xidmət edirdi. Həm də bu o vaxt edilmişdi ki, Qərbi Azərbaycandan – indiki Ermənistandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və Azərbaycan böyük bir qaçqın axını ilə üzləşmişdi. Ən pisi də odur ki, bu düzəliş sonralar vaxtaşırı Azərbaycana qarşı təsir vasitəsi kimi də istifadə edilib.

Heç şübhəsiz Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi oldu. Bu səfərin detalları hələ uzun müddət beynəlxalq siyasətçilər tərəfindən incələnəcək, təhlil ediləcək, öyrəniləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

O bildirib ki, Vaşinqton səfərində Prezident İlham Əliyev Azərbaycan ordusunun, xalqının və dövlətinin 44 gün ərzində döyüşdə qazandığı Zəfəri siyasi müstəvidə bir daha nümayiş etdirdi, dünyaya ədalətli müharibə aparmaq təcrübəsi göstərdi, indi də dünyaya ədalətli sülh dərsi verdi.

"Azərbaycan-ABŞ münasibətlərində keçmişin xoşagəlməz mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması da bu səfərin mühüm uğurları sırasındadır. Təsadüfi deyil ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, “Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu”.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvi zamanı belə bir incə məqamı da xüsusilə qeyd etdi ki, “bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz ofisində mənim iştirakım ilə etməsi böyük bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.

Beləliklə, ABŞ Prezidenti bu hərəkəti ilə uzun müddət Azərbaycana qarşı ədalətsiz mövqe tutmuş dövlət və siyasət adamlarına da müəyyən mesajlar verdi",- deyə Ə. Ələkbərli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri