Icma.az
close
up
RU
ABŞ prezidenti Donald Trampın Rusiya Ukrayna münaqişəsinə birdəfəlik son qoymaq ehtimalı zəifdir

ABŞ prezidenti Donald Trampın Rusiya Ukrayna münaqişəsinə birdəfəlik son qoymaq ehtimalı zəifdir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlarda irəliləyiş olduğunu bildirib. Lakin o, Rusiya lideri Vladimir Putinlə mümkün təmasların təfərrüatlarını açıqlamaqdan imtina edib. “İnanıram ki, biz irəliləyiş əldə edirik. "Biz Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik", - Tramp qeyd edib. Prezident vurğulayıb ki, ABŞ münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayır. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, o, Trampla Putin arasında mümkün söhbət barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilər.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın prezident seçilməmişdən öncə də hədəflərindən birinin qlobal müharibələri söndürmək olduğunu vurğulamışdı. Politoloqun sözlərinə görə, bu konteksdə Trampın hədəfləri içərisində konfliktsiz və müharibəsiz və yaxud da daha az savaş ocaqları olan dünya məsələsi əsas yerləri tutur.

Tural İsmayılov

“Ümumiyyətlə Trampın birinci prezidentliyi dövründə də Amerika Birləşmiş Ştatlarının xarici siyasət kursuna baxanda Trampın bu yanaşmasını çox açıq aydın müşahidə edə bilərik. Digər tərəfdən Donald Tramp özü də açıq formada etiraf edib ki, Amerika büdcəsindən Ukraynaya saysız yardımlar edilməyini artıq istəmir. Tramp bütövlükdə ABŞ-ın xarici siyasətində ABŞ büdcəsindən ayrılan pulların daha az xərclənməsi və ümumiyyətlə limitlərin tətbiq edilməsini iqtisadi siyasət konsepsiyasında əsas elan edib. Elə buna görə də həm Trampın özü həm də onun təyin etdiyi Dövlət Gəlirlərinə Nəzarət İdarəsinin rəhbəri İlon Mask, USAID də daxil olmaqla Amerika Birləşmiş Ştatlarının vətəndaşlarının vergiləri hesabına formalaşmış dövlət büdcəsinin dünyanın ayrı-ayrı coğrafiyalarına xərclənməyini istəmirlər. Amma Tramp başa düşür ki, birdən-birə Amerikanın Ukraynaya etdiyi yardımları kəssə, bu qərar dünyada ona qarşı çox sərt münasibətlərin yaranmasına səbəb ola bilər”-deyən politoloq qeyd edib ki, bu səbəbdən Tramp Putinlə tez-tez danışmaq istəyir.

Tural İsmayılov bildirib ki, Bayden və Blinkenin Rusiya prezidenti ilə də danışıq imkanları və ehtimalları zəif idi, amma Trampın Putinlə ünsiyyət imkanları bundan əvvəlki prezidentliyi dövründə də mümkün idi və Tramp da hazırda buna güvənərək, Rusiya prezidenti ilə Rusiya-Ukrayna müharibəsində aktiv fazanın dayandırılması məsələsinə nail olmağa çalışır.

Politoloqun fikrincə, bütövlükdə Rusiya-Ukrayna münaqişəsinə Trampın birdəfəlik son qoymaq ehtimalları zəifdir: “Burada qısa müddətlik anlaşmalar və kiçik çərçivə sənədləri imzalana bilər. Amma faktiki olaraq, Ukraynanın işğal edilmiş əraziləri var və bütövlükdə bu işğal altında olan ərazi faktoru Rusiya ilə Ukrayna arasında tarix boyu bundan sonra barışın və anlaşmaların əldə edilməsi imkanlarını çox aşağı səviyyəyə çəkir”.

Tural İsmayılov deyir ki, istənilən halda Trampın ortada niyyəti var və ən azından aktiv döyüş əməliyyatlarını sonlandıran razılaşmaların əldə edilməsi mümkündür.

“Rusiya-Ukrayna müharibəsinin davamı və yaxud da dayanmasının birbaşa Azərbaycana təsirlərini dəyərləndirmək doğru olmazdı. Ümumiyyətlə, bütün dünyadakı müharibələr qlobal iqtisadiyyatlar üçün təhdidlər və risklər yaradır. Harada müharibələr dayanırsa, bu qərar dünya iqtisadiyyatı üçün də bir növ özünü tənzimləmək və nəfəslik funksiyası daşıya bilir”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri