Icma.az
close
up
RU
ABŞ Prezidenti Donald Trampın Rusiya Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı TAM MƏTN

ABŞ Prezidenti Donald Trampın Rusiya Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı TAM MƏTN

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton, 21 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik layihə təklifi Kiyevdə təqdim edilib.

AZƏRTAC-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Vaşinqton və Moskva layihə üzərində birgə işləyib. Donald Trampın 28 bəndlik planını təqdim edirik:

1. Ukraynanın suverenliyi təsdiqlənəcək.

2. Rusiya, Ukrayna və Avropa arasında qarşılıqlı hücum etməməklə bağlı müqavilə bağlanacaq. Son 30 ilin bütün qeyri-müəyyənlikləri həll olunmuş hesab ediləcək.

3. Rusiya qonşu ölkələrə hücum etməyəcək və NATO daha da genişlənməyəcək.

4. Qlobal təhlükəsizliyi təmin etmək, əməkdaşlıq və gələcək iqtisadi inkişaf üçün imkanları artırmaq məqsədilə bütün təhlükəsizlik məsələlərini həll etmək və gərginliyin azaldılmasına şərait yaratmaq üçün ABŞ-ın vasitəçiliyi ilə Rusiya ilə NATO arasında dialoq aparılacaq.

5. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.

6. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq.

7. Ukrayna öz Konstitusiyasında NATO-ya qoşulmayacağını təsbit etməyə və NATO öz nizamnamələrinə Ukraynanın gələcəkdə qəbul edilməyəcəyi barədə müddəa daxil etməyə razıdır.

8. NATO Ukraynada qoşun yerləşdirməməyə razıdır.

9. Avropa qırıcı təyyarələri Polşada yerləşdiriləcək.

10. ABŞ-ın zəmanəti:

— ABŞ zəmanət üçün kompensasiya alacaq;

— Ukrayna Rusiyaya hücum edərsə, zəmanəti itirəcək;

— Rusiya Ukraynaya hücum edərsə, qətiyyətli əlaqələndirilmiş hərbi cavab tədbirlərinə əlavə olaraq, bütün qlobal sanksiyalar bərpa olunacaq, yeni ərazinin tanınması və bu müqavilənin bütün digər üstünlükləri ləğv ediləcək;

— Ukrayna səbəbsiz olaraq Moskvaya və ya Sankt-Peterburqa raket atsa, təhlükəsizlik zəmanəti etibarsız sayılacaq.

11. Ukrayna Avropa İttifaqı üzvlüyünə uyğundur və bu məsələ nəzərdən keçirilərkən Avropa bazarına qısamüddətli güzəştli giriş əldə edəcək.

12. Aşağıda qeyd olunanlarla məhdudlaşmamaq şərtilə Ukraynanın yenidən qurulması üçün güclü qlobal tədbirlər paketinə daxildir:

— Texnologiya, data mərkəzləri və süni intellekt də daxil olmaqla, sürətlə inkişaf edən sənaye sahələrinə investisiya qoymaq üçün Ukrayna İnkişaf Fondunun yaradılması.

— Amerika Birləşmiş Ştatları Ukraynanın qaz infrastrukturunu, o cümlədən boru kəmərləri və saxlama obyektlərini birgə yenidən qurmaq, inkişaf etdirmək, modernləşdirmək və idarə etmək üçün Ukrayna ilə əməkdaşlıq edəcək.

— Şəhərlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün müharibədən zərər çəkmiş ərazilərin bərpası üzrə birgə səylər.

— İnfrastrukturun inkişafı.

— Minerallar və təbii sərvətlərin çıxarılması.

— Dünya Bankı bu səyləri sürətləndirmək üçün xüsusi maliyyələşdirmə paketi hazırlayacaq.

13. Rusiya qlobal iqtisadiyyata yenidən inteqrasiya olunacaq:

— Sanksiyaların ləğvi mərhələli şəkildə, hər bir hal üçün ayrıca müzakirə ediləcək və razılaşdırılacaq.

— Amerika Birləşmiş Ştatları enerji, təbii sərvətlər, infrastruktur, süni intellekt, məlumat mərkəzləri, Arktikada nadir torpaq metallarının çıxarılması layihələri və digər qarşılıqlı faydalı korporativ imkanlar sahələrində qarşılıqlı inkişaf üçün uzunmüddətli iqtisadi əməkdaşlıq müqaviləsi bağlayacaq.

—Rusiya G8-ə yenidən qoşulmağa dəvət olunacaq.

14. Dondurulmuş vəsaitlər aşağıdakı kimi istifadə olunacaq:

— Dondurulmuş Rusiya aktivlərinin 100 milyard dolları ABŞ-ın rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq;

— ABŞ bu layihədən əldə edilən mənfəətin 50 faizini alacaq. Avropa Ukraynanın yenidən qurulması üçün mövcud investisiyaların həcmini artırmaq üçün 100 milyard dollar əlavə edəcək. Dondurulmuş Avropa vəsaitləri açılacaq. Dondurulmuş Rusiya vəsaitlərinin qalan hissəsi müəyyən sahələrdə birgə layihələr üçün ABŞ-Rusiya investisiya mexanizminə yatırılacaq. Bu fond münasibətlərin möhkəmləndirilməsinə və münaqişəyə qayıtmamaq üçün güclü stimul yaratmaq məqsədilə ortaq maraqların artırılmasına yönəldiləcək.

15. Bu müqavilənin bütün müddəalarına riayət olunmasını təşviq və təmin etmək üçün təhlükəsizlik məsələləri üzrə birgə Amerika-Rusiya işçi qrupu yaradılacaq.

16. Rusiya Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsbit edəcək.

17. ABŞ və Rusiya START I Müqaviləsi də daxil olmaqla, nüvə silahlarının yayılmaması və nəzarəti haqqında müqavilələrin qüvvədə olma müddətini uzatmaq barədə razılığa gələcək.

18. Ukrayna Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq nüvəsiz dövlət olmağa razılaşacaq.

19. Zaporojye Atom Elektrik Stansiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında istifadəyə veriləcək və istehsal olunan elektrik enerjisi Rusiya ilə Ukrayna arasında bərabər şəkildə bölüşdürüləcək.

20. Hər iki ölkə məktəblərdə və cəmiyyətdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığını təşviq etməyə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarını həyata keçirməyi öhdələrinə götürür:

— Ukrayna dini tolerantlıq və dil azlıqlarının qorunması ilə bağlı Aİ qaydalarını qəbul edəcək.

— Hər iki ölkə bütün ayrı-seçkilik tədbirlərini ləğv etmək, Ukrayna və Rusiya mediasının və təhsilinin hüquqlarını təmin etmək barədə razılığa gələcək.

— Bütün nasist ideologiyası və fəaliyyətləri rədd edilməli və qadağan edilməlidir.

21. Ərazilər:

— Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq.

— Xerson və Zaporojye təmas xətti boyunca dondurulacaq ki, bu da təmas xətti boyunca de fakto tanınma deməkdir.

— Rusiya beş bölgə xaricində nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək.

— Ukrayna qüvvələri hazırda Donetsk vilayətinin nəzarət etdikləri hissəsindən geri çəkiləcək və bu geriçəkilmə zonası beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınan neytral silahsızlaşdırılmış bufer zonası hesab ediləcək. Rusiya qüvvələri bu silahsızlaşdırılmış zonaya daxil olmayacaq.

22. Gələcək ərazi razılaşmaları barədə razılığa gəldikdən sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc yolu ilə dəyişdirməməyi öhdələrinə götürür. Bu öhdəliyin pozulması halında heç bir təhlükəsizlik zəmanəti tətbiq olunmayacaq.

23. Rusiya Ukraynanın Dnepr çayından kommersiya fəaliyyəti üçün istifadəsinə mane olmayacaq və Qara dəniz üzərindən taxılın pulsuz daşınması barədə razılaşmalar əldə ediləcək.

24. Həll olunmamış məsələləri həll etmək üçün humanitar komitə yaradılacaq:

— Bütün əsirlər və meyitlər “hamının hamıya” prinsipi ilə dəyişdiriləcək.

— Uşaqlar da daxil olmaqla, bütün mülki şəxslər və girovlar qaytarılacaq.

— Ailələrin birləşməsi proqramı həyata keçiriləcək.

— Münaqişə qurbanlarının əzablarını yüngülləşdirmək üçün tədbirlər görüləcək.

25. Ukrayna 100 gün ərzində seçkilər keçirəcək.

26. Bu münaqişədə iştirak edən bütün tərəflər müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv alacaq və gələcəkdə heç bir iddia irəli sürməmək və ya şikayətə baxmamaq barədə razılığa gələcəklər.

27. Bu razılaşma hüquqi cəhətdən məcburi olacaq. Onun icrası Prezident Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası tərəfindən izləniləcək və təmin ediləcək. Pozuntulara görə sanksiyalar tətbiq ediləcək.

28. Bütün tərəflər bu memorandumla razılaşdıqdan sonra, atəşkəs hər iki tərəfin razılaşdırılmış nöqtələrə geri çəkilərək sazişin icrasına başlamasından dərhal sonra qüvvəyə minəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 07:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri