Icma.az
close
up
RU
ABŞ prezidenti Donald Trampın ölümü : şaiyələr çox şişirdilib

ABŞ prezidenti Donald Trampın ölümü : şaiyələr çox şişirdilib

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ötən həftə mən bir çox mətbuat konfranslarında olmuşam və onların hamısı uğurlu olub. Daha sonra mən iki gün heç nə etmədim və hamı dərhal qərar verdi ki, mənə nə isə olub. Bayden aylarla görünmürdü. Amma buna baxmayaraq heç kim ona nə isə olduğunu düşünmürdü."

APA xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. Tramp ölümü haqqında sosial mediada yazılanlara belə reaksiya verib.

Əlbəttə, söhbət ilk növbədə sosial medianın Amerika seqmentindən gedir.

Deməli, Amerikada olsun, ya başqa bir cəmiyyətdə olsun, fərq etmir, sosial mediada etik normalara əməl etməyən insanlar hər yerdə eynidir. Onları birləşdirən bir cəhət var: məsuliyyətsizlik.

Bir insanın, xüsusilə də, ABŞ kimi dövlətin başçısının ölümü haqda dezinformasiya yaymaq heç bir mənəvi ölçüyə gəlmir. Adam iki gün publikada görünməyib, dərhal yazırlar ki, ölüb.

Əslində burada maraqlı, incə bir nüans da var: ABŞ-ın indiki prezidenti publikaya o qədər çox oynadı ki, iki görünməyəndə vəfat etdiyini sandılar. Belə də deyə bilərik: ikinci prezidentlik müddətidir ki, Tramp publika ilə oynayır, iki günlük fürsət tapan kimi publika da onunla oynadı.

Belə götürəndə, "günahkar" özüdür; fərmanlarını da hamının gözləri önündə imzalayan prezidentin iki gün "heç nə etməmək" kimi bir lüksü yoxdur. Co Bayden Amerika cəmiyyətini özünün "aylarla" yoxa çıxmağına öyrəşdirmişdi, Tramp isə əksinə alışdırıb.

Başqa ölkələrin də dövlət və hökumət başçıları ara-sıra "ictimai radar"dan itir. Əksər hallarda bunu ya hansısa həmkarı ilə qapalı danışıqlara yozurlar, ya da istirahətə çəkildiyini güman edirlər. Ancaq "ölüb" demək! Bu, bir az ağır oldu. Üstəlik adamın nəinki ölmək, heç öldürmək fikri də yoxdur. Tramp müharibələri dayandırıb, Nobel Sülh Mükafatını almaq istəyir. Üstəlik Ukraynada hər gün insanların ölməsini dayandırmaq istədiyini deyib. Ancaq hələ ki buna nail ola bilmir. "Putindən məyusam" desə də, geri çəkilmək fikri də yoxdur. Adamın dünya işlərindən öz həyatını yaşamağa vaxtı çatmır, ölməyə vaxtı hardan olacaq?! Odur ki, Mark Tven demişkən, Trampın ölümü haqda "şaiyələri çox şişirdiblər"...

Seyid Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri