Icma.az
close
up
RU
ABŞ, Qərbi Saxara üzrə Donald Trampın bəyanatına sadiq qalaraq, Mərakeşin suverenliyini təkrarən tanıyır

ABŞ, Qərbi Saxara üzrə Donald Trampın bəyanatına sadiq qalaraq, Mərakeşin suverenliyini təkrarən tanıyır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ administrasiyası, 2020-ci ildə Prezident Donald Tramp tərəfindən Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə bildirilən mövqeyinə sadiq qalaraq, Mərakeşin Qərbi Saxaraya olan suverenliyini bir daha təsdiqləyib.

Bu bəyanat, ABŞ-ın dövlət katibi Marko Rubio ilə Mərakeşin xarici işlər naziri, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Naser Burita-nın Vaşinqtonda keçirilən görüşündə verilib. ABŞ-ın dövlət katibi bildirib ki, "Birləşmiş Ştatlar Mərakeşin Qərbi Saxaraya olan suverenliyini tanıyır."

Xatırladaq ki, 2020-ci ilin dekabrında Əlahəzrət Kral VI Məhəmmədlə Prezident Donald Trump arasında keçirilən telefon danışığında, ABŞ Prezidenti rəsmi şəkildə bir prezident fərmanı ilə Birləşmiş Ştatların Qərbi Saxaranın bütün ərazisi üzərində Mərakeşin suverenliyini tanıdığını bəyan etmişdi. Bu sənəd həm hüquqi, həm də siyasi baxımdan vacibdir  və dərhal qüvvəyə minib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, Dövlət katibi Rubio həmçinin ABŞ-ın “ədalətli və davamlı həll üçün yeganə əsas kimi Mərakeşin ciddi, etibarlı və real muxtariyyət təşəbbüsünü dəstəklədiyini” təkrarlayıb.

ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, "Mərakeş suverenliyi çərçivəsində gerçək muxtariyyət yeganə mümkün həll yoludur."

Rubio əlavə edib ki, ABŞ Prezidenti tərəfləri “gecikmədən danışıqlara başlamağa, bu məqsədlə yalnız Mərakeşin muxtariyyət təşəbbüsünü əsas götürməyə” çağırır. O, bu istiqamətdə irəliləyişin əldə olunması üçün ABŞ-ın prosesə dəstək verəcəyini bildirib.

Bu bəyanat, beynəlxalq hüquq və diplomatiyada mühüm tərəfdaş olan ABŞ-ın, Azərbaycanın strateji tərəfdaşı Mərakeşin ərazi bütövlüyünə verdiyi davamlı və qətiyyətli dəstəyi bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində daim prinsipial mövqe nümayiş etdirən Mərakeşlə oxşar yanaşmalar, iki ölkə arasında həmrəylik və qarşılıqlı anlayışın mühüm dayaqlarından biridir.

Mərakeşin Azərbaycandakı səfirliyinin mətbuat xidməti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri