Icma.az
close
up
RU
ABŞ “Ramştayn” toplantısına qatılmayacaq: Ukraynaya dəstək zəifləyirmi?

ABŞ “Ramştayn” toplantısına qatılmayacaq: Ukraynaya dəstək zəifləyirmi?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya hərbi dəstəyin koordinasiyası üçün keçirilən “Ramştayn” formatında 50 ölkənin iştirakı ilə baş tutacaq iclasa qatılmayacaq. Formatın yaranmasından bəri ilk dəfədir ki, toplantı ABŞ-ın müdafiə naziri olmadan keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Aprelin 11-də Brüsseldə baş tutacaq görüşə Almaniya və Böyük Britaniya rəhbərlik edəcək. ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton bu iclasa yüksək səviyyəli nümayəndə heyəti də göndərməyəcək. Pentaqon hələ də Ukraynaya dəstək üçün müxtəlif platformalarda hansı formada iştirak edəcəyini dəyərləndirir.

Heqset fevral ayında baş tutan son görüşdə iştirak etmişdi. O, ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı daha az rol oynayacağını açıq şəkildə ifadə edərək Avropanı öz müdafiə yükünü daşımağa çağırmışdı. Heqset həmçinin Ukraynanın NATO-ya üzvlük ehtimalını rədd etmişdi ki, bu da ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Viker tərəfindən “siyasi səhv” kimi qiymətləndirilmişdi.

“Prezident Tramp ABŞ-ı başqalarının əvəzinə məsuliyyət daşıyan bir ölkəyə çevirməyə imkan verməyəcək”, – deyə Heqset bildirmişdi.

Xatırladaq ki, bu formatı keçmiş müdafiə naziri Lloyd Ostin 2022-ci ildə Ukraynaya hərbi yardımı koordinasiya etmək üçün yaratmışdı. İndiyədək 126 milyard dollardan çox təhlükəsizlik yardımı təmin edilib ki, bunun təxminən yarısı ABŞ-dan gəlib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri