Icma.az
close
up
RU
ABŞ “Ramştayn” formatını tərk edir?

ABŞ “Ramştayn” formatını tərk edir?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqtonun bu platformanın növbəti görüşündə təmsil olunması sual altındadır

ABŞ-ın “Ramştayn” platormasında gələcək iştirakı sual altındadır. Donald Trampın yenidən prezident seçilməsindən sonra rəsmi Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə fərqli baxışı bu platformanın gələcəyi üçün də problemlər yaratması mümkündür. Bugünlərdə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart De Veverlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ rəsmiləri aprelin 11-də Brüsseldə Ukrayna üzrə “Ramştayn” formatlı görüşü buraxa bilər: “Britaniya və Almaniya həqiqətən də bizə ABŞ-nin iştirak edə bilməyəcəyinə dair siqnal ötürüblər. ABŞ ilə müzakirə edəcəyimiz məsələlər var. Ümid edək ki, onlar mövqelərini dəyişəcəklər”.

ABŞ sədrliyi Britaniyaya təhvil verib

Xatırladaq ki, daha əvvəl NATO-nun mətbuat xidməti Böyük Britaniya və Almaniyanın aprelin 11-də alyansın mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaqlarını məlumat vermişdi. “Ramştayn” formatında sonuncu görüş fevralın 12-də Brüsseldə baş tutub və bu, sayca 26-cı olub. Həmin görüşdə ilk dəfə sədr kreslosunda Pentaqonun rəhbəri əvəzinə Britaniyanın müdafiə naziri əyləşmişdi. Kiyevlə müttəfiq ölkələr qrupuna sədrlik ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Amerika tərəfinin təşəbbüsü ilə Britaniyaya verilib. “Ramştayn” platforması 50-dən çox ölkənin birliyidir və Kiyevə hərbi yardım etmək, Ukraynanı qorumaq üçün bir formatdır. Bu platforma çərçivəsində Ukraynaya hərbi yardım - mərmilər, hava hücumundan müdafiə sistemləri, F-16-lar və bir çox başqa silah-sursatların tədarükü əlaqələndirilir. “Ramştayn” Ukrayna üçün əsas silahlar üzərində işləyən imkanların koalisiyasıdır və onun ilk görüşü 2022-ci il aprelin 26-da Almaniyadakı eyniadlı aviabazada baş tutub.

Avropa İttifaqı ABŞ-ı əvəzləmək iqtidarında deyil

ABŞ-ın mövqeyinin dəyişməsi isə Kiyevin silahla təhcizatında ciddi problemlər yarada bilər. Avropa İttifaqı isə bu məsələdə Vaşinqtonu əvəzləmək iqtidarında deyil. Çünki ABŞ indiyədək Avropa İttifaqı ilə müqayisədə Ukraynaya dəfələrlə çox hərbi yardım göstərib. Yeri gəlmişkən, ABŞ-ın NATO-da təmsil olunan generalı Kristofer Kavoli bildirib ki, Ukrayna münaqişəsi başlayandan bəri ABŞ-ın silah satışı 600 faiz artıb, Avropa ölkələrindən gələn sifarişlərin həcmi isə 265 milyard dollara çatıb. O qeyd edib ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır: “Hazırda 265 milyard dollar dəyərində 4 min müraciət var. Bunlar silah istehsalçısı kimi ABŞ-dan alış-veriş etmək üçün növbəyə duran Avropa ölkələridir”.

Bütün bunların fonunda ABŞ Müdafiə Nazirliyi 10 minədək hərbçisini Şərqi Avropadan çıxarmağı da planlaşdırır. NBC televiziyası bu barədə amerikalı və avropalı rəsmilərə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Birləşmiş Ştatlara qaytarılması planlaşdırılan kontingent ABŞ-ın əvvəlki administrasiyası tərəfindən 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərilən 20 minlik hərbi birləşmənin bir hissəsidir. Hazırda təşəbbüsün hələ müzakirə mərhələsində olduğu bildirilir. Şərqi Avropadakı ABŞ qoşunlarının şəxsi heyətinin yarıya endirilməsi regionda Rusiyanın mövqelərinin güclənməsi ilə bağlı Avropanın narahatlığını artırır.

Görünən odur ki, ABŞ Ukraynaya hərbi yardım məsələsində tamamilə yeni yanaşma ortaya qoymaqdadır. Vaşinqton tərəfindən bu yanaşma rəsmi Kiyevin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə azaldacaq. Vaşinqton bu mövqeyi ilə “Ramştayn” formatını tərk edə biləcəyi mesajını da verir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri