Icma.az
close
up
RU
“Ramştayn” platformasından Ukraynaya rekord hərbi dəstək...

“Ramştayn” platformasından Ukraynaya rekord hərbi dəstək...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sonuncu görüşdə platformaya üzv ölkələr önəmli qərarlar qəbul ediblər

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) son toplantısında Ukraynaya müttəfiqləri tərəfindən böyük həcmdə hərbi dəstək göstərilməsi qərara alınıb. Sayca 28-ci görüş Brüsseldə keçirilib. Belə bir qərar Tramp administrasiyası tərəfindən Kiyevə dəstəyin zəifləməsi fonunda baş verib.

Ukrayna müdafiə naziri Rustem Umerov qeyd edib ki, Ukraynanın mühüm nəticələri var. Nazirin sözlərinə görə, 2025-ci ildə təhlükəsizlik yardımı tammiqyaslı müharibənin bütün əvvəlki illərinin rəqəmlərini üstələyəcək: “Görüşdən sonra tərəfdaşlarımız yeni yardım paketləri və mühüm dəstək addımlarını açıqladılar”.

Əsas yardımlar Avropa ölkələrinin payına düşür

Belə ki, Böyük Britaniya pilotsuz təyyarələrin tədarükü üçün rekord məbləğdə - 350 milyon funt-sterlinq dəyərində yardım elan edib. Nazirin sözlərinə görə, bu, Ukraynaya 2025-ci ildə 100 min pilotsuz uçan aparatı ötürməyə imkan verəcək. Ümumilikdə, 2025-ci ildə Britaniyanın hərbi dəstəyi 4,5 milyard funt-sterlinq təşkil edir ki, bunun da 247 milyon funt-sterlinqi Ukrayna Silahlı Qüvvələrinin təliminə sərf olunacaq.

Almaniya isə 5 milyard avro dəyərində yeni hərbi yardım paketini elan edib. “Bundestaq artıq bu qərarı təsdiqləyib”, - deyə Umerov bildirib. Paketə, xüsusən də Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin, silah və sursatların ötürülməsi daxildir. Bu arada Almaniyanın müdafiə naziri Boris Pistorius iyunun 12-də Ukraynanın paytaxtı Kiyevə gözlənilməz səfər edib. Almaniyanın DPA agentliyinin məlumatına görə, nazirin səfəri əvvəlcədən elan olunmayıb. O, səfər zamanı mövcud vəziyyətlə tanış olub və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın göstərilməsini müzakirə edib.

Niderland da Kiyevə 400 milyon avro dəyərində yardım paketi təqdim edib. Buraya mina əleyhinə gəmi, qayıqlar və dəniz dronları daxildir. Belçika isə uzunmüddətli bir təşəbbüs elan edib. Ukraynaya 2029-cu ilə qədər 1 milyard avro məbləğində illik yardım edəcək. Norveç də Ukrayna müdafiə sənayesini dəstəkləmək üçün pilotsuz təyyarələr üçün 700 milyon dollar ayıracaq.

Kanadaya gəlincə, bu ölkə  dronlar, elektron müharibə sistemləri, İT həlləri, həmçinin zirehli maşınlar üçün 45 milyon dollar, İsveç Ukrayna üçün artilleriya sursatlarının, pilotsuz təyyarələrin və digər silahların alınması üzrə beynəlxalq proqramlar üçün 440 milyon avro ayıracaqlarını açıqlayıb.

Yeni koalisiya niyə yaradılıb?

Qeyd edək ki, “Ramştayn” qrupunun bundan əvvəl-aprelin 11-də keçirilən görüşündə də Kiyevə 21 milyard avrodan (23,85 milyard dollar) çox məbləğdə dəstək elan edilmişdi. Bundan başqa, həmin görüşdə radioelektron mübarizəsi koalisiyasının yaradılması elan edilib. Artıq 11 ölkə, o cümlədən Ukrayna da bu koalisiyaya qoşulub. Ukraynanın müdafiə naziri Rustem Umerovun sözlərinə görə, yeni koalisiya avadanlıqların alınması, mütəxəssislərin hazırlanması və elektron müharibə sahəsində siyasət və doktrinaların hazırlanması işini həyata keçirəcək: “Elektron müharibə müasir hərbi münaqişələrin kritik tərkib hissəsidir. Effektiv elektron müdafiə olmadan heç bir bölmə tam döyüşə hazır ola bilməz. Koalisiyanın işə salınması bizə səyləri əlaqələndirməyə və Müdafiə Qüvvələrinin ehtiyaclarına hərtərəfli cavab verməyə imkan verəcək”. Nazir bildirib ki, koalisiya nəinki əsgərlərin cari ehtiyaclarını ödəyəcək, həm də imkanların uzunmüddətli inkişafı üçün zəmin yaradacaq.

Xatırladaq ki, dünyanın onlarla ölkəsinin iştirak etdiyi “Ramştayn” platforması Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun müntəzəm görüşlərinin adıdır. İlk görüş 2022-ci ildə Almaniyada yerləşən ABŞ-ın “Ramştayn” hərbi bazasında keçirilib və adını da oradan alıb. Bu iclasların məqsədi Ukraynaya Rusiyaya qarşı müharibədə hərbi yardımın koordinasiyası, müdafiə ehtiyaclarının müzakirəsi, silah tədarükü, hərbçilərin təlimi və uzunmüddətli dəstəklə bağlı məsələlərin həllidir. “Ramştayn” iştirakçıları NATO ölkələri, Avropa İttifaqı dövlətləri və Ukraynanın digər tərəfdaşlarıdır. Bu görüşlər tanklar, hava hücumundan müdafiə sistemləri, artilleriya və digər silah növlərinin verilməsi ilə bağlı qərarların qəbul olunduğu əsas platformaya çevrilib.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri