Icma.az
close
up
RU
ABŞ rəsmiləri səhvən Yəmənlə bağlı müharibə planlarını amerikalı jurnalistə göndəriblər

ABŞ rəsmiləri səhvən Yəmənlə bağlı müharibə planlarını amerikalı jurnalistə göndəriblər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın Yəmənlə bağlı müharibə planlarının səhvən jurnalistə göndərilməsi Amerika ictimaiyyəti arasında mübahisələrə səbəb olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, müharibə planlarının göndərildiyi Atlantic jurnalının redaktoru Qoldberqin açıqladığı vəziyyəti Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes da təsdiqləyib.

Qoldberq: "Tramp administrasiyası səhvən mənə müharibə planlarını mesajla göndərdi" başlıqlı məqaləsində ilk olaraq milli təhlükəsizlik rəsmilərinin daxil olduğu Siqnal qrupuna əlavə edildiyini və müdafiə naziri Pit Heqsetin daha sonra Yəmənə hücumlarla bağlı təfərrüatları ehtiva edən qrupa mesaj göndərdiyini açıqlayıb.

Qoldberq məqaləsində yazır: “ABŞ milli təhlükəsizlik rəsmiləri məni Yəməndə gözlənilən hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil ediblər. Əvvəlcə bunun real olduğunu düşünmürdüm. Bir müddət sonra bombalar düşməyə başladı”, - deyə o qeyd edib.

Qoldberq yazıb ki, əvvəlcə mesaj qrupunun gerçək olduğuna güclü şübhələri olub. “ABŞ milli təhlükəsizlik rəsmilərinin burada qaçılmaz müharibə planları barədə məlumat verəcəyinə inanmazdım. Prezidentin milli təhlükəsizlik üzrə müşavirinin ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşlərə qatılacaq qədər ehtiyatsız olacağına inanmazdım”, - deyə o qeyd edib.

Qoldberq iddia edib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mike Valtz martın 11-də “Signal”da onunla əlaqə saxlayıb və iki gün sonra o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri “Houthi PC Small Group” adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Valsın özünün təsadüfən bu qrupa qatdığını düşünüb.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Hughes məsələnin mediada işıqlandırılması ilə bağlı yazılı açıqlama verib. "Gələn mövzu orijinal görünür və biz nömrənin təsadüfən mövzuya necə əlavə edildiyini nəzərdən keçiririk", - deyib.

Jurnalistin səhvən qrupa necə əlavə edildiyini araşdırdıqlarını ifadə edən Hughes bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini bildirib.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı suala belə cavab verib: “Mənim bu mövzu ilə bağlı heç bir məlumatım yoxdur”.

“Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlarına heç bir təsirinin olmadığını müdafiə edib.

Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-ın gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu qeyd edib.

ABŞ martın 15-də Yəməndə husilərə qarşı hücumlara başlayıb və prezident Tramp bu hücumu dünya ictimaiyyətinə açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri