Icma.az
close
up
RU
ABŞ rəsmisi İsrailə məxsus məxfi sənədləri sızdırıb Həmin gizli sənədlərdə nə olub? AzPolitika onlayn siyasiictimai qəzet

ABŞ rəsmisi İsrailə məxsus məxfi sənədləri sızdırıb Həmin gizli sənədlərdə nə olub? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-dən olan hökumət rəsmisi İsrailin oktyabr ayında İrana cavab zərbəsi endirmək planlarını nümayiş etdirən məxfi sənədləri sızdırmaqda ittiham olunur.

"AzPolitika" xəbər verir ki, ABŞ-nin “New York Times” nəşrinin yazdığına görə, sızdırılan məxfi sənədlər arasında ABŞ-nin bu planlarla bağlı qiymətləndirmələri və İsrailin hücumdan əvvəl hərbi hazırlıqları ilə bağlı gördüyü işlər var.

Qeyd olunur ki, sənədləri sızdırdığı iddia edilən ABŞ dövlət rəsmisi Asif Rəhman Kambocada həbs edilərək Quam federal məhkəməsinə gətirilib. Rəhman xaricdə MKİ-də işləyirmiş və onun çox məxfi təhlükəsizlik icazəsi varmış. Rəhmanın noyabrın 14-də məhkəmə qarşısına çıxacağı və məxfi məlumatların qəsdən sızdırılması ilə bağlı iki maddə üzrə mühakimə olunacağı gözlənilir.

"CBS News"-a görə, məhkəmə sənədlərində Rəhmanın sızdırdığı sənədlərin dəqiq nə olduğu göstərilməyib, lakin onların İsrailin hücum planları ilə əlaqəli olduğu təsdiqlənib.

Xatırladaq ki, bu ilin oktyabrında İranyönümlü "Telegram" kanallarının birində ABŞ-nin Milli Kəşfiyyat Agentliyinə aid olduğu iddia edilən iki sənəd yayımlanıb.


Birinci sənəd “İsrail Hərbi Hava Qüvvələri İrana hücum hazırlığını davam etdirir" adlanırdı. Bu sənəddə ballistik və hava-yerüstü raketlər üçün görülən hazırlıq işləri təsvir edilirdi.

İkinci sənəd “İsrail: Müdafiə Qüvvələri İrana Hücum üçün Kritik Sursat Hazırlıqlarını və Gizli PUA fəaliyyətlərini davam etdirir” başlığı ilə yayımlanıb və İsrailin pilotsuz uçuş aparatlarının hərəkətlərinə dair məlumatlar olub.

Qeyd edək ki, İsrail oktyabrın 26-da İrana qarşı cavab hücumu həyata keçirib. Bu hücuma necə cavab veriləcəyi bir neçə həftəlik müzakirələrdən sonra qərara alınıb. İsrail Müdafiə Qüvvələri (IDF) bir neçə bölgədə hərbi hədəfləri vurduğunu bildirib. Sonrakı xəbərlərdə İranın raket istehsalı müəssisəsinin vurulduğu, İran rəsmiləri hücumlarda 1 mülki vətəndaş və 4 əsgərin həyatını itirdiyini açıqlayıb.

İran isə öz növbəsində oktyabrın 1-də HƏMAS və "Hizbullah" liderlərinin öldürülməsindən sonra İsrailə təxminən 180 ballistik raket atıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri