Icma.az
close
up
RU
ABŞ, Rusiya və Çin liderlərinin görüşündən gözləntilər nədir?

ABŞ, Rusiya və Çin liderlərinin görüşündən gözləntilər nədir?

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi beynəlxalq siyasi gündəmdə xüsusi maraq olsa da, ciddi qərarların qəbul edilməsi gözlənilmir. Rusiya tərəfi belə bir görüşü müəyyən mənada ikinci Yalta konfransı kimi təqdim etməyə çalışır. Çünki Moskva yenidən fövqəldövlət statusunu möhkəmləndirmək, formalaşmaqda olan yeni geosiyasi nizamda öz təsir dairəsini genişləndirmək və beynəlxalq təcriddən çıxmaq niyyətindədir.
Rusiya üçün ABŞ və Çin kimi dünyanın iki aparıcı gücü ilə eyni masa arxasında əyləşmək mühüm siyasi fürsətdir. Kreml çalışır ki, belə bir görüşü Rusiyanın və şəxsən Vladimir Putinin diplomatik uğuru kimi təqdim etsin. Bununla da Moskva dünya siyasi nizamının formalaşdırılmasında Rusiyanın da əsas aktorlardan biri olduğunu nümayiş etdirməyə çalışır.
Lakin mümkün üçtərəfli görüşdə fundamental strateji məsələlər üzrə ciddi razılaşmaların əldə olunması real görünmür. Çinin öz geosiyasi və iqtisadi maraqları var və Pekin nə Rusiya, nə də ABŞ ilə dünyanın təsir dairələrinə bölüşdürülməsi istiqamətində razılaşmaya getməkdə maraqlıdır.
ABŞ-ın da Rusiya-Ukrayna müharibəsi, strateji nüvə silahlarına nəzarət və digər qlobal təhlükəsizlik məsələləri ilə bağlı Çinin və Rusiyanın maraqları ilə üst-üstə düşən mövqeyi yoxdur. Bu baxımdan, görüş daha çox siyasi dialoq və tərəflərin mövqelərini nümayiş etdirməsi xarakteri daşıya bilər.
Digər tərəfdən, ABŞ-da daxili siyasi vəziyyət də Donald Trampın mövqeyinə təsir göstərir. Konqresdə demokratların mövqelərinin güclənməsi və respublikaçıların siyasi manevr imkanlarının məhdudlaşması Trampın siyasi fəaliyyətinə əlavə təzyiqlər yaradır. Bu amil də onun beynəlxalq siyasətdə atacağı addımlara təsirsiz ötüşməyəcək.
Donald Tramp belə bir görüşdə Ukrayna müharibəsi, nüvə təhlükəsizliyi və İran ətrafında yaranmış vəziyyət kimi məsələləri müzakirəyə çıxara bilər. Lakin bu müzakirələrin konkret strateji razılaşmalarla nəticələnəcəyini düşünmürəm.
Mümkün üçtərəfli görüşü İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminin formalaşmasında mühüm rol oynayan Yalta və Potsdam konfransları ilə müqayisə etmək düzgün olmazdı. Çünki bugünkü beynəlxalq münasibətlər sistemi, geosiyasi reallıqlar və böyük güclərin maraqları tamamilə fərqlidir.
Hesab edirəm ki, bu görüş daha çox ümumi siyasi dialoq və diplomatik təmas xarakteri daşıyacaq. Onun nə Rusiya-Ukrayna müharibəsinin gedişinə, nə də ABŞ-İran qarşıdurmasına həlledici təsir göstərəcək tarixi görüş olacağını mümkün deyil.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Noyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri