ABŞ Rusiya və Ukraynaya təzyiq göstərmək üçün diplomatik manevrlərdən istifadə edir
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ştatlar davam edən hərbi münaqişəyə son qoymaq üçün Rusiya və Ukraynaya təzyiq göstərərək mürəkkəb diplomatik manevrlər həyata keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Macarıstanın baş nazirinin müşaviri Balaz Orban səsləndirib.
"Amerikalılar təzyiqlə əlaqəli son dərəcə mürəkkəb diplomatik manevrlər həyata keçirirlər. Vaşinqtonun taktikası qismən qarşı tərəflərə güclü təzyiq göstərməkdən ibarətdir", - deyə Balázs Orban bildrib.
O hesab edir ki, ABŞ-ın Rusiyanın enerji şirkətlərinə qarşı bu yaxınlarda tətbiq etdiyi sanksiyalar bu prosesin bir hissəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, baş nazirin müşaviri açıq şəkildə bildirib ki, bu sanksiyalar Macarıstan üçün zərərlidir, çünki bu, uzunmüddətli müqavilələr çərçivəsində Rusiyadan neft və qazın boru kəmərləri ilə tədarükünü əngəlləyir:
"Macarıstanın Rusiya enerjisindən istifadə etməsi ideoloji məsələ deyil, həyat faktıdır. Macarıstan dənizə çıxışı olmayan ölkədir və amerikalılar bunu çox yaxşı bilirlər. Ona görə də sülh məsələsinə əlavə olaraq, Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ prezidenti ilə bunu müzakirə edəcək".
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Amerikalı ekspert: ABŞ Ukraynaya diplomatik kompromislərə getmə üçün təzyiq göstərə bilər
17 Fevral 2025 13:31
ABŞ Ukraynaya təzyiq edir ki...
05 Dekabr 2024 21:32
Tramp atəşkəs üçün Rusiya və Ukraynaya təzyiq göstərir J.D.Vens
10 Sentyabr 2025 16:43
ABŞ Merz ə “Taurus” raketlərini Ukraynaya ötürmək üçün təzyiq edir..?
14 Oktyabr 2025 20:05
Baxış sayı:52
Bu xəbər 03 Noyabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















