Icma.az
close
up
RU
ABŞ Rusiyanı “terrorizmin sponsoru olan dövlət” elan edəcək Senat təsdiqlədi

ABŞ Rusiyanı “terrorizmin sponsoru olan dövlət” elan edəcək Senat təsdiqlədi

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya tərəfindən qaçırılmış ukraynalı uşaqların geri qaytarılmaması halında Moskvanı “terrorizmin dövlət sponsoru” kimi tanımağı nəzərdə tutan iki partiyalı qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi respublikaçı senator Lindsey Graham, demokrat senatorlar Riçard Blumenthal və Emi Klobuşar, eləcə də respublikaçı Keyti Britt tərəfindən təqdim olunub. “Rusiya Federasiyasının Terrorizmin Dövlət Sponsoru kimi Tanınması Haqqında Qanun” (S.2978) adlanan sənədin məqsədi Rusiyaya qarşı təzyiqi artırmaq, Ukraynada sülhü təmin etmək və zorla aparılmış 19 mindən çox ukraynalı uşağın geri qaytarılmasına nail olmaqdır.

Senator Graham bildirib:

“Senatın Xarici Əlaqələr Komitəsinin bu qanun layihəsini yekdilliklə təsdiqləməsindən məmnunam. Rusiya işğal olunmuş ərazilərdən qaçırdığı təxminən 20 min ukraynalı uşağı geri qaytarmadığı halda, ABŞ qanunvericiliyinə əsasən, terrorizmin dövlət sponsoru kimi tanınacaq.”

O, uşaqların qaçırılmasını “İkinci Dünya müharibəsindən bəri baş vermiş ən dəhşətli hadisələrdən biri” adlandırıb.

Layihəyə əsasən, qanun qəbul edildikdən sonra ABŞ dövlət katibi 60 gün ərzində Konqresə hesabat təqdim etməli və uşaqların geri qaytarılıb-qaytarılmadığını müəyyən etməlidir. Əgər Rusiya bu tələbi yerinə yetirməsə, o zaman dövlət katibi Rusiyanı terrorizmin dövlət sponsoru kimi siyahıya daxil etməyə borclu olacaq. Hazırda bu siyahıda İran, Şimali Koreya, Kuba, Sudan və Liviya yer alır.

Senator Graham qeyd edib ki, bu addım Moskva üçün ağır iqtisadi və diplomatik nəticələr doğuracaq:

“Rusiyanı terrorizmin dövlət sponsoru kimi tanımaq onun iqtisadiyyatı üçün dağıdıcı olacaq. Əgər qaçırılmış uşaqlar evlərinə qaytarılmazsa, bu, Putinin davranışının qaçılmaz nəticəsi olacaq.”

Layihəyə edilən düzəlişlərə əsasən, Rusiyanın “terrorizmin sponsoru” statusundan çıxması üçün mülki infrastruktura hücumları dayandırması və siyasi rəqiblərə qarşı sui-qəsd cəhdlərinə son qoyması tələb olunur.

Graham bu təşəbbüsü “məsuliyyətin təmin edilməsi istiqamətində mühüm addım” adlandıraraq vurğulayıb ki, dünya Kremlə uşaqları qaçırmaq və mülki əhalini cəzasız şəkildə öldürmək imkanı verməməlidir.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova işğal olunmuş Mariupoldan 15 yaşlı yetim Polyp adlı ukraynalı uşağı Rusiyaya apardığını etiraf etmişdi. Uşaq Rusiyaya qarşı nifrət bəslədiyini və orada yaşamaq istəmədiyini demişdi.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri