“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Rusiyanı “çirkli pulların yuyulması” və terrorizmin maliyyələşdirilməsi üzrə yüksək riskli ölkələr üçün nəzərdə tutulan “qara siyahıya” əlavə edəcək.
APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, FATF – Pul Yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupu Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra onun üzvlüyünü dayandırsa da, Ukrayna hökumətinin təqdim etdiyi sübutlara baxmayaraq, Rusiyanı “qara siyahıya” əlavə etməyib.
Buna səbəb Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxil olmaqla, BRICS ölkələrinin müqaviməti olub.
Hazırda Avropa İttifaqı Rusiyanın Aİ maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdıran geniş sanksiyalar paketinə malikdir.
Rusiyanın “qara siyahı”ya salınması maliyyə qurumlarını bütün əməliyyatlar üzrə təkmilləşdirilmiş yoxlama tədbirləri tətbiq etməyə məcbur edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















