Icma.az
close
up
RU
ABŞ Rusiyanın iradəsi ilə razılaşır: Ukrayna əvvəlki sərhədlərinə ümid etməməlidir

ABŞ Rusiyanın iradəsi ilə razılaşır: Ukrayna əvvəlki sərhədlərinə ümid etməməlidir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ aprelin 23-də Londonda keçiriləcək iclasda Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi maddədən ibarət plan təqdim edəcək. Bu plana Krımın Rusiya kimi tanınması, Rusiyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarının ləğvi təklifi və Kiyev üçün aydın təhlükəsizlik təminatının olmaması daxildir.

Bu barədə “The Daily Telegraph” ABŞ, Böyük Britaniya, Aİ və Ukrayna nümayəndələrinin iştirak edəcəyi görüş ərəfəsində mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, planın birinci və ikinci bəndləri dərhal atəşkəsin elan olunması və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasını nəzərdə tutur.

Üçüncü bənd Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsini əhatə edir. Bununla belə, ölkənin Aİ-yə üzv olmaq üçün müraciət etmə hüququ saxlanılır.

Məqaləyə əsasən, dördüncü bənd Rusiyanın Krım üzərində hüququnun tanınması təklifini ehtiva edir.

Beşinci bənd isə Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilərin ABŞ tərəfindən rəsmi tanınma anlamına gəlməsə belə de-fakto olaraq Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur.

Qəzet qeyd edir ki, Vaşinqton bu plan çərçivəsində Enerqodarda yerləşən və hazırda Rusiya qüvvələrinin nəzarətində olan Zaporojjya Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə keçməsində israrlıdır.

Altıncı bənd Ukraynanın ABŞ-la faydalı qazıntılara dair saziş imzalamasını nəzərdə tutur.

Yeddinci və sonuncu bənd isə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması imkanlarından bəhs edir. ABŞ-ın bütün sanksiyalarının ləğvi və enerji sektorunda iki ölkə arasında əməkdaşlığın bərpası da bu bəndə daxildir.


Politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Tramp rəsmi fəaliyyətə başladıqdan çox az sonra Vladimir Putinlə 1 saat yarım telefon danışığı baş tutdu:


"Bunun ardınca Rusiya və ABŞ rəsmi nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşü keçirildi. Artıq Vaşinqton-Moskva münasibətlərinin normallaşdırılması istiqamətində ilkin əlamətlər aydın müşahidə olunurdu. Çünki bu görüşdə təkcə xarici siyasət sahəsi ilə məşğul olan  nümayəndələr deyil, eyni zamanda Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri olan Kirill Dmitriyev də iştirak edirdi. Bu onu göstərirdi ki, Rusiya və ABŞ arasında təkcə Ukrayna məsələsi prioritet müzakirə predmeti deyil, o cümlədən siyasi münasibətlər, iqtisadi əməkdaşlığın qurulması da tərəflər üçün vacibdir. Bugünkü reallıqlar və Londonda keçiriləcək iclasda təqdim olunacaq plan bir daha bütün bunları sübut edir. Münaqişənin həll yolları da elə Rusiya və ABŞ-nin iradəsindən asılıdır. Ümumiyyətlə Vaşinqtonun mövqeyi əvvəldən ondan ibarət idi ki, Ukraynanın sərhədləri əvvəlki kimi olmayacaq. Hazırkı nizamlama planı da bir daha bunu aydın göstərir. Eyni zamanda NATO-nun Baş katibi Mark Rutte söyləmişdi ki, Ukrayna əvvəlki sərhədlərinə ümid etməsin".


Politoloq əlavə edib ki, vaxtilə bu proseslərin başında dayanan ABŞ Rusiyanın iradəsi ilə razılaşır və bunu da aydın nümayiş etdirir:

"Həmçinin Tramp tezliklə münaqişənin bitməsinə çalışır. Çünki seçki ərəfəsində verdiyi əsas vədlərdən biri məhz bu idi. Ona görə də müharibənin başa çatması istiqamətində yaxın zamanlarda addımların atılacağı kifayət qədər realdır. Məhz Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılacağı, bir qisminin isə tamamilə götürülməsi gözlənilir.  Ukraynaya gəlincə, onun ABŞ ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Ağ Evdə Trampla Zelenski arasında olduqca gərgin danışıqların ardınca Zelenski ölkəsinə döndükdən sonra çox yumşaq mövqe nümayiş etdirməyə başladı. Həm Qərb, həm də Ukrayna Prezidenti özünün siyasi simasını qorumağa çalışsalar da, ABŞ-a qarşı getməyəcəklər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri