Icma.az
close
up
RU
Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

PubMed-də dərc olunan geniş icmal yeni trendləri üzə çıxarır: son illərdə Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DÇHP) diaqnozu alan uşaqların sayı kəskin artıb. Tədqiqatçılar bildirirlər ki, artım təkcə pozuntunun daha geniş yayılması ilə bağlı deyil, əsas səbəblərdən biri diaqnostika meyarlarının dəyişməsi və valideyn-müəllim məlumatlılığının yüksəlməsidir.

Xatırladaq ki, DHÇP-li uşaqlarda diqqəti uzun müddət saxlaya bilməmək, tapşırıqları yarımçıq buraxmaq, başqasının sözünü tez-tez kəsmək, yerində sakit otura bilməmək, ani və düşünülməmiş qərarlar vermək, ətraf stimullara həddindən artıq tez reaksiya vermək, davamlı hərəkət ehtiyacı hiss etmək kimi simptomlara rast gəlinir.

Mütəxəssislər qeyd edirlər ki, müasir həyat tərzi, ekran qarşısında uzun müddət qalmaq, intensiv tədris tələbləri və psixososial stress uşaqlarda diqqət problemlərini daha çox görünən edir. Bu isə real DÇHP ilə sadəcə diqqət fərqliliklərinin qarışdırılması riskini artırır.

Nevroloq Günel Ümid Sherg.az-a bildirib ki, diqqət əskikliyi və hiperaktivlik pozuntusu dünya miqyasında çox sayda uşağa təsir edən və adətən yetkinlik dövründə də davam edən xroniki xarakterli bir davranış pozuntusudur: “Uşaqlarda hiperaktivliyə adətən kiçik yaşlarda diaqnoz qoyulur. Hər nə qədər valideynlər arasında hərəkətli hər uşaq hiperaktiv olaraq adlandırılsa da, düşünüldüyünün əksinə olaraq DÇHP daha ciddi bir vəziyyətdir.

Çünki narahatlıq xronikidir və bu fərdlərin həyatları boyu izlənilməsi lazımdır. Bu səbəbdən  mütəxəssislər tərəfindən hiperaktivlik prosesinin mütəmadi olaraq izlənilməsi vacibdir. Əgər uşaqlarda hiperaktivlik uyğun şəkildə müalicə edilərsə, simptomların azalması mümkündür. Əks təqdirdə, simptomlar davam edər və uşaqların gələcəkdə cəmiyyətə uyğunlaşmasında problemlər yarana bilər.

Uşaqlarda hiperaktivlik nəzərə alınmalı, uşaqların gələcəyinə birbaşa təsir edə bilən tibbi bir davranış pozuntusudur. Hiperaktivliyi olan bir uşağın beyin fəaliyyətləri normal bir uşağa görə fərqliliklər göstərir. Həmçinin, hiperaktivliyi olan uşaqların beynində davranışlara nəzarət edən hissələrin fərqli inkişaf etdiyi bilinən bir həqiqətdir. Hiperaktiv uşaqlar kənardan müşahidə edildikdə digərlərinə görə daha narahat görünə bilərlər. Xüsusilə bir mövzuya diqqətini cəmləməkdə çətinlik çəkirlər və impulslarına görə hərəkət etməyə meyllidirlər. Uşaqlarda hiperaktivlik erkən körpəlik dövründə diaqnoz qoyula bilər və tez-tez məktəb yaşlarında daha aydın görünür. Diaqnozların əksəriyyəti 12 yaşdan kiçik uşaqlarda qoyulur. Ancaq ailəsinin vəziyyətə əhəmiyyət verməməsi və ya ciddiyə almaması halında bu yaş daha sonrakı dövrlərə qədər uzana bilər. Hətta nadir hallarda hiperaktivlik diaqnozu yetkinlik dövründə də qoyula bilər”.

G. Ümid qeyd edib ki, hiperaktivliyin dəqiq səbəbi bilinməsə də, ailə quruluşu ilə əlaqəli ola biləcəyi düşünülür. Bununla yanaşı, hamiləliyin 37-ci həftəsindən əvvəl baş verən doğumlar, aşağı doğum çəkisi, hamiləlik dövründə siqaret və ya spirtli içki istifadəsi hiperaktivlik riskini artıra bilər: “ Onu da deyim ki, hiperaktivlik valideynin tərbiyə üsulundakı səhvlərdən qaynaqlanmır. Bu, beynin inkişafı və funksiyaları ilə əlaqəli neyro-bioloji bir pozuntudur”.

Həkimin sözlərinə görə, uşaqlarda hiperaktivlik bir çox əlamətlə özünü göstərə bilər. O qeyd edib ki, uşaqlarda hiperaktivlik həddindən artıq hərəkətlilik, davranışlarını idarə edə bilməmək, lazım olduğundan çox danışmaq, əl və ayaqlarını istəkli ya da istəksiz şəkildə davamlı hərəkət etdirmək kimi əlamətlərlə ortaya çıxa bilər. Əlamətlər diqqətsizlik və impulsivlik olaraq iki fərqli şəkildə nəzərdən keçirilir: “ Diqqət tələb edən oyunlara və davranışlara diqqətini cəmləyə bilmir, tez-tez səhv edir və verilən bir tapşırığı tamamlaya bilmir, yarımçıq qoyurlar. Məktəbdə verilən ev tapşırıqlarını etməyə və dərs məzmunlarını yerinə yetirməyə qarşı müqavimət göstərirlər. Onlara verilən sualın tamamlanmasını gözləmədən cavab verməyə çalışırlar. Əgər varsa, bacı-qardaşına şiddət tətbiq etmək, ana və atanın göstərişlərinə əməl etməmək, təhlükəli ola biləcək davranışları düşünmədən etmək kimi davranışlar da DÇHP-li uşaqlar üçün xarakterikdir. Uşaqlarda hiperaktivlik ailə, məktəb və mütəxəssis həkim arasındakı əməkdaşlıqla müalicə edilə bilən bir davranış pozuntusudur. Müalicənin planlaşdırılması üçün uşağın yaşayış mühiti nəzərə alınır. Müalicə müddətində uşağın emosional olaraq zədələnməməsi çox vacibdir. Çünki bu yaşlarda yarana biləcək emosional bir travma fərdin gələcəyinə mənfi təsir edir. Müalicənin sonrakı mərhələlərində hiperaktivliyə bağlı davranışlar azalır və uşağın daha xoşbəxt bir həyat sürməsi təmin edilə bilər.

Hiperaktivlik uşağın böyüdükcə tamamilə “yox olan” bir vəziyyət deyil. Lakin əlamətləri zamanla dəyişə bilər. Məsələn, yetkinlik yaşında həddindən artıq hərəkətlilik azala bilər, lakin diqqətsizlik, planlama çətinliyi və impulsivlik davam edə bilər. Düzgün müalicə və idarəetmə üsulları ilə uşaqlar bu vəziyyətlə yaşamağı öyrənir və uğurlu bir yetkinlik həyatı sürə bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri