Icma.az
close
up
RU
ABŞ Rusiyaya güzəştə gedəcək? Bəzi sanksiyalar ləğv oluna bilər

ABŞ Rusiyaya güzəştə gedəcək? Bəzi sanksiyalar ləğv oluna bilər

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaları yumşaltmağı düşünür. Rusiyanın Ukrayna torpaqlarını işğal etməyə başladığı ilk günlərdən tətbiq edilən sanksiyaların çox hissəsi ABŞ tərəfindən hazırlanaraq həyata keçirilib. Məhz bu sanksiyalar nəticəsində Rusiyanın ixracı azalıb, ölkədən böyük məbləğdə maliyyə vəsaitləri çıxıb və dövlətin büdcə xərclərində azalma baş verib. Sanksiyalar Rusiyanı xeyli zəiflətdiyindən onların tətbiqi səmərəli hesab edilir. 

Belə bir vəziyyətdə sanksiların bəzilərinin tətbiqinin dayandırılmasının gündəmə gəlməsi təəccüb doğurub. 

Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, Trampın əsas məqsədinin ölkəsinin gəlirlərini artırmaq və xərclərini azaltmaq olduğunu bildirib. Politoloqun fikrincə, bu məqsədini həyata keçirmək üçün, o, müxtəlif ölkələrə tətbiq etdiyi rüsumlar vasitəsilə ABŞ-nin maliyyə itki ilə üzləşməməsinə çalışır: “Lakin, Trampın Rusiyaya qarşı sərt sanksiyaları heç bir iqtisadi fayda təmin etməyib və əksinə, ABŞ-nin problemlərini daha da artırıb. Trampın əsas məqsədi, ölkəsinin gəlirlərini artırmaq və xərclərini azaltmaqdır. Bu məqsədlə, o, müxtəlif ölkələrə rüsumlar tətbiq edir. Məlum olur ki, Trampın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da Amerikaya gəlir gətirmir. Bu məntiqə əsasən, Tramp Rusiyaya qarşı sərt sanksiyaların ləğvini nəzərdə tutur”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya hakimiyyəti, Trampa müxtəlif şirnikləşdirici təkliflər verərək, onu bu sanksiyaların yumşaldılmasına inandırmağa çalışır: “Bu təkliflərdən biri Səudiyyə Ərəbistanında keçirilən ABŞ və Rusiya diplomatlarının görüşündə səsləndirilib. Təklifə əsasən, ABŞ və Rusiya birgə qaz və neft istehsalına başlaya bilərlər: “Təklifə görə, ABŞ və Rusiya birgə qaz və neft istehsalına başlaya bilərlər. Həmçinin, Ukraynada mövcud olan mineral resurslardan daha çoxunun digər ərazilərdə olduğu və birgə istehsalın mümkünlüyü qeyd edilib”.

Politoloq qeyd edib ki, bu təkliflər Trampı sanksiyaları yumşaltmağa həvəsləndirə bilər: “Bu təkliflər Trampı Rusiya ilə əməkdaşlığı genişləndirməyə və sanksiyaları yumşaltmağa cəlb edə bilər. Lakin bunun üçün Ukraynadakı müharibənin dayandırılması lazımdır. Əgər Tramp Ukraynada müharibənin sona çatmasına nail olsa və atəşkəs əldə edərsə, Rusiya ilə birgə istehsal sahələrini inkişaf etdirəcək, bu da ABŞ-nin gəlirlərini artıracaq və Tramp bunu özünün uğuru kimi təqdim etməyə çalışacaq”. 

E.Şahinoğlunun fikrincə, ABŞ-nin bu yanaşması yalnız iqtisadi maraqlara deyil, həm də geosiyasi məqsədlərə xidmət edir. “Trampın Rusiyaya qarşı sanksiyaları yumşaltması, təkcə ABŞ-nin iqtisadi maraqları baxımından deyil, həm də Çinlə gedən geosiyasi rəqabətdə ABŞ-nin mövqeyini gücləndirmək üçün bir vasitə ola bilər”.
Ancaq politoloqun sözlərinə görə, bu siyasət Avropada ciddi narazılığa səbəb ola bilər: “Avropa, Ukraynanın işğalına görə Rusiyaya sərt sanksiyalar tətbiq edib. Əgər ABŞ sanksiyaları yumşaldarsa, Avropada ikitirəlik yaranacaq və bəzi Avropa dövlətləri, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini tələb edəcəklər. Bu isə Avropanın həmçinin Rusiya ilə enerji əlaqələrinin yenidən canlanmasına səbəb ola bilər”.

E.Şahinoğlu əlavə edib ki, ABŞ-nin siyasəti yalnız Trampın şəxsi iqtisadi məqsədlərini deyil, həm də ölkəsinin uzunmüddətli strateji maraqlarını əks etdirir: “Trampın siyasəti qısa müddətli iqtisadi nəticələr gətirə bilər, amma uzunmüddətli perspektivdə Amerika və Avropa arasında gərginliyin artmasına səbəb ola bilər. Bu, həm də ABŞ-ın dünya siyasətindəki yerini dəyişdirə bilər”.

Bəsti Rəfizadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri