ABŞ sakinləri qorxu içində: Səmada peyda olan sirli dronlar günügündən çoxalır
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Nyu-Cersi ştatının sakinləri uzun müddətdir səmada müşahidə edilən dronlara görə narahatdırlar. Artıq ABŞ Federal Təhqiqat Bürosu bununla bağlı araşdırmalara başlayıb.
Bu barədə "NBC News" telekanalı məlumat verib.
Yerli sakinlər bildirirlər ki, sirli dronlar noyabrın ortalarından başlayaraq hər gün peyda olur, özü də sayları günü-gündən artır.
"Bir çoxları bu dronların haradan gəldiyini və kim tərəfindən idarə olunduğunu bilmək istəyirlər", - deyə telekanalda bildirilib.
Qeyd etmək lazımdır ki, ABŞ-də dronlardan istifadə ciddi şəkildə tənzimlənir. PUA-nı idarə etmək üçün Federal Mülki Aviasiya İdarəsindən (FAA) xüsusi icazə almaq lazımdır.
Polis vəziyyəti izləməyə davam edir, FTB isə hadisənin araşdırılmasına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















