ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F 35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Ankara və Vaşinqton bu ilin sonuna qədər Türkiyənin Rusiyadan "S-400” zenit-raket komplekslərini almasından sonra iştirakdan çıxarıldığı "F-35” qırıcılarının istehsalı proqramına qayıtması məsələsini həll edə bilərlər.
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak "Anadolu” agentliyinə müsahibəsində bildirib.
"F-35 ilə bağlı qərarlar bu ilin sonuna qədər əldə oluna bilər", - o qeyd edib.
T.Barrak bildirib ki, "F-35” mövzusu uzun müddətdir gündəmdədir: "ABŞ və Türkiyə bu məsələni geridə qoymaq istəyirlər”.
O, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın müvafiq göstərişlər verəcəyini ehtimal edib. Səfir, həmçinin əlavə edib ki, ABŞ Konqresi də bu problemlə yenidən məşğul olmağa hazırdır.
"Növbəti bir neçə ay ərzində iki lider və iki xarici işlər naziri arasında yeni görüş, ikitərəfli gündəliyin yenilənməsi, beş il ərzində müzakirə olunan bütün bu məsələləri görəcəksiniz", - T.Barrak əminliyini ifadə edib.
O qeyd edib ki, "F-35” və "F-16” təyyarələri Türkiyənin müdafiə potensialının vacib tərkib hissəsidir.
//report.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 İyun 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















