Icma.az
close
up
RU
ABŞ səfirinin Oğuz və Alban abidələri ilə nə əlaqəsi? 74 min dollar?

ABŞ səfirinin Oğuz və Alban abidələri ilə nə əlaqəsi? 74 min dollar?

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər vermişdik ki, 2 ildir - sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayandan Ermənistan höküməti qədim türk abidə, məbəd , qala və digər mədəni irsimizə aid olan tikililərdə təmir və bərpa işlərinə başlayıb. Bunun səbəbi heç də dağılmaqda olan qədim türk tikililərini - abidələrini yenidən bərpa etmək deyil, orta əsrə aid abidələrdən və daha sonra ondan da qədim olan alban abidələrindən türk , islam izlərini silməkdir.

Artıq Ermənistanın büdcəsindən bu məkrli planı həyata keçirmək üçün vəsait də ayrılıb. Təcavüzə məruz qalan abidələrimizdən biri də Loru Berd qalasıdır.

Adalet.az xəbər verir ki, Ermənistan höküməti ötən ilin yayından təmir adı ilə qədim Oğuz və Alban izlərini o cümlədən Lori Berd abidəsini erməniləşdirmək üçün çalışdığı bir məqamda ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn proseslə tanış olmağa gedib. Beləki, ABŞ səfiri hər zaman Ermənistanda yerləşən qədim Oğuz və Alban abidələrinin erməniləşməsi prosesinə diqqət yetirir. O həmin tarixi abidələri ziyarət edərək guya araşdırma edir.

Erməni mediası yazır ki, b günlərdə xanım Kristina , 11-ci əsrə aid Lori Berd qalasında idi. Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb:"Orta əsrlərə aid alınmaz qala bu gün də öz əzəmətli gözəlliyi ilə dayanır və Ermənistanın zəngin tarixi və mədəni irsini ən yaxşı şəkildə əks etdirir"- səfirliyin məlumatında deyilir.
Qeyd edək ki, səfir Kristina Quinn çıxış və açıqlamalarında dəfələrlə qeyd edib ki,biz 3 illik proqramla erməni qədim irsinin qorunmasını təşkil edəcəyik: “Bu üçillik proqram çərçivəsində zəngin tarixi və mədəni dəyərləri ilə tanınan Dağlıq Qarabağda, eləcə də Ermənistanda qədim erməni monastırlarının, qədim əlyazmaların və digər eksponatların yazılarının qorunmasına 74 min dollar ayrılıb.
Bu, ABŞ səfirliyinin Mədəni Dəyərlərin Qorunması Fondunun 15-ci proqramıdır və biz bu proqram vasitəsilə Ermənistanın unikal mədəni irsinin qorunub saxlanmasını dəstəkləyirik. Yaxın vaxtlarda yeni proqramların icrasını gözləyirik”.

 Xatırladaq ki, Qərbi Azərbaycan İcmasına məxsus westaz.org-un məlumatına görə, Loru Berd qalası XI-XII yüzilliklərdə Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilindəki, Cəlaloğlu şəhərindən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir. Qala Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan qaladakı məscidin iç memarlığının Şuşa Gövhərağa məscidi ilə oxşarlıq təşkil etməsi ərazidə azərbaycanlıların yaşadığını və hökmranlıq etdiyini təsdiq edir. Qarabağ bəylərbəyliyinin mahallarından biri olan Loru mahalı və onun mərkəzi olan Loru şəhəri 1236-cı ildə monqol istilası sonrası dağıdılıb və bu dağıntı nəticəsində qala da zərər görüb. XIV-XV yüzilliklərdə təmir olunsa da sonrakı dövrdə baş verən hücumlar nəticəsində yenidən dağıntıya məruz qalıb. Loru şəhəri və bölgəsi qalanın adı ilə adlandırılıb. Azərbaycanlıların yaşadığı ərazidə müdafiə məqsədilə tikilib. Mənbələrdə Lori qalası, Ermənistanın Lori əyalətinin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilliyə aid erməni qalası kimi təqdim olunsa da 1065-ci ildə Taşir-Dzoraget Krallığının paytaxtı olmaq üçün "David Anhoghin tərəfindən inşa edilmişdir" kimi yazılsa da ərazidə azərbaycanlıların yaşaması faktı bunu təsdiq etmir.

 Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin araşdırmasına görə, qalanın ilkin adı Loruqala olub. 

 Erməni mediası yazır ki, Qala 35 ha ərazini əhatə edir, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri