Icma.az
close
up
RU
Suriyanın Zəngəzur dəhlizi ilə nə əlaqəsi?

Suriyanın Zəngəzur dəhlizi ilə nə əlaqəsi?

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Türkiyə və ABŞ - nın bir başa iştirakı ilə Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra, Rusiyanın Suriyada Tartusdakı hərbi dəniz, Xmeymimdəki hərbi hava bazaları ölkədə mövcudluğunu davam etdirə bilər. Heç şübhəsiz ki, Bəşər Əsəd rejimini ayaq üstə saxlayan Rusiya və İranın hərbi qüvvələrinin ölkədən çıxarılması təbii görünür. Ancaq, regiondakı proseslər və mövcud geosiyasi vəziyyət fərli qənaəti ortaya çıxarır.
Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra, ilk olaraq Türkiyə kəşfiyat rəhbəri İbrahim Kalının Dəməşqə səfəri, ABŞ dövlət katibi Entoni Blinkenin isə Ankaraya səfəri Suriya hökümətinin formalaşmasının Türkiyədə həll edilməsini və bu barədə Entoni Blinkenin açıqlaması
Suriyadakı proseslərin tam olaraq Türkiyənin istək və nəzarəti ilə davam etdiyinə sübutdur. Məlumat var ki, Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Rusiya ilə razılaşdırıb.
Bəşər Əsədin Rusiya qaçırılması və onu aparan təyyarəsinin təhlükəsizliyinə Türkiyənin zamanəti ortadadır. Üstəlik, Türkiyə prezidenti cənab Ərdoğanın Qaziantepedə Rusiya prezidenti Vladimir Putin haqqında dedikləri və Rusiyanın Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra rus qoşunlarının təhlükəsizliyi və ölkədən çıxarılmasında Türkiyəyə xahişi deyilən sövdələşmənin mövcudluğuna inam artırır. Əlbəttəki, Rusiya hərbi bazalarının Suriyada mövcudluğunun təkcə Bəşər Əsəd rejiminin devrilməsinə Rusiyanın razılığının verilməsi müqabilinə, ağırlığına uyğun gəlmir. Olsun ki, Suriyada Rusiyanın hərbi mövcudluğunun davamı müqabilində, Zəngəzur dəhlizinin açılması və dəhlizin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin nəzarətində bufer zonanın yaradılması razılaşma predmetidir. Suriya ilə bağlı Türkiyə və Rusiya ilə hər hansı razılaşma olubsa, bu razılaşma mütləq Ukraynada gedən müharibəni də əhatə edir.
Qaldı ki, Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğunun davamının hüquqi əsaslarına, əlbəttə ki, Rusiya öz hərbi bazalarının Suriyada yerləşməsini Bəşər Əsədlə yox, müvafiq beynəlxalq müqavilə ilə Suriya dövləti ilə 49 il müddətinə və sonradan 25 il uzadılması imkanı ilə razılaşdırıb. Yeri gəlmişkən, Tartusdakı hərbi baza hələ SSRİ dövründə, 1971-ci ildə ikitərəfli razılaşma əsasında yaradılıb. Sözsüz ki, Rusiya ilə beynəlxalq müqavilənin denonsasiyasını Suriyanın yeni hpküməti bir tərəfli qaydada həyata keçirə bilər, o şərtlə ki, müqavilə şərtlərində denonsasiya nəzərdə tutulubsa. Ancaq, Rusiyanın belə mahiyyətli müqavilə imzalaması inandırıcı deyil. Bu arada da Kremildən verilən məlumata görə, Rusiya Suriyanın yeni hakimiyəti ilə hərbi bazalarının saxlanılması üçün danışıqlar aparır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransında da "Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir" - deyə bildirib.
Belə gedişlə, Rusiya Suriyada öz hərbi mövcudluğunu qoruya bilər təbii ki, ancaq Türkiyə ilə razılaşmala.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin iştirakı ilə bağlı müəyyən fikirlər var və hətta İsrail baş naziri Benyamin Netanyahu belə bir açıqlamada verib. Ancaq, Bəşər Əsəd rejiminin devrilməsindən sonra əldə olunan sənədlər Bəşər Əsəd rejiminin İsraillə əməkdaşlığı, xüsusi xidmət orqanlarının birgə fəaliyyətuni təsdiq edən sənədlər aşkar edilib. Əlbəttəki, İsrail yaranmış vəziyyətsən fürsətçilik də edə bilər.
İranın Suriyada hərbi mövcudluğu sona yeyib, İranın İraqdan da çıxarılması növbəti mərhələdə baş tutacaq.
Vüqar Dadaşov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri